Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Stark Technology MMC

İnformasiya texnologiyaları üzrə mütəxəssis

Şəhər göstərilməyibMənbə: Staffy.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Şirkətin daxili İT infrastrukturunun, kompüterlərin, serverlərin və şəbəkə sistemlərinin idarə olunması və texniki dəstəyinin təmin edilməsi; Windows əməliyyat sistemlərinin və Microsoft 365 platformalarının quraşdırılması, sazlanması və idarə olunması; Şirkətin LAN, WAN, VPN və Wi-Fi şəbəkələrinin qurulması, sazlanması və texniki xidmətinin həyata keçirilməsi; Zəif axın və təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə layihələrdə İT və şəbəkə həllərinin hazırlanması və tətbiqi; Layihə obyektlərində şəbəkə infrastrukturunun qurulması, IP ünvanlama planlarının hazırlanması və şəbəkə avadanlıqlarının sazlanması; CCTV, IP videomüşahidə, NVR/DVR, Access Control, IP telefoniya və digər zəif axın sistemlərinin şəbəkəyə inteqrasiyası və konfiqurasiyası; Strukturlaşdırılmış Kabel Sistemləri (SCS), LAN və Fiber Optik şəbəkə infrastrukturu üzrə texniki işlərin həyata keçirilməsi; Layihələr çərçivəsində quraşdırılan İT və şəbəkə avadanlıqlarının test edilməsi, sazlanması və istismara verilməsi; Layihələr üçün texniki tələblərə uyğun İT və şəbəkə avadanlıqlarının seçilməsində iştirak edilməsi; Texniki sənədlərin, şəbəkə sxemlərinin, IP ünvanlama planlarının və avadanlıq siyahılarının hazırlanması; Layihə obyektlərində yaranan texniki problemlərin operativ şəkildə aşkarlanması və aradan qaldırılması; Şirkət əməkdaşlarına texniki dəstəyin göstərilməsi və daxil olan müraciətlərin cavablandırılması; Antivirus, Firewall, məlumatların ehtiyat nüsxələnməsi (Backup) və informasiya təhlükəsizliyi sistemlərinə nəzarət edilməsi; İT avadanlıqlarının, proqram təminatlarının və lisenziyaların uçotunun aparılması. Namizədə dair tələblər İnformasiya Texnologiyaları, Kompüter mühəndisliyi və ya müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili; İT sahəsində minimum 2 il iş təcrübəsi; Şəbəkə sistemlərinin qurulması, konfiqurasiyası və texniki dəstəyi üzrə praktiki biliklər; Active Directory və Microsoft 365 üzrə biliklər; TCP/IP, VLAN, Routing, Switching, DHCP, DNS və VPN texnologiyaları üzrə biliklər; MikroTik, Cisco, Fortinet və ya digər şəbəkə avadanlıqları ilə işləmək bacarığı; CCTV, IP kameralar, NVR/DVR və Access Control sistemlərinin iş prinsipləri və şəbəkəyə inteqrasiyası üzrə biliklər; PoE texnologiyası, UTP/FTP və Fiber Optik kabel infrastrukturu üzrə biliklər; Strukturlaşdırılmış Kabel Sistemləri (SCS) üzrə bilik və praktiki bacarıqlar; İT avadanlıqlarının quraşdırılması, sazlanması və texniki problemlərin aradan qaldırılması bacarığı; Texniki sənədləri ingilis dilində oxuma və anlama bacarığı; Analitik düşüncə, operativ qərarvermə və problemlərin həlli bacarığı; Komandada işləmək və layihə heyəti ilə koordinasiyanı təmin etmək bacarığı; Layihə obyektlərində texniki işlərin həyata keçirilməsinə və ezamiyyətlərə hazır olmaq. Üstünlüklər Hikvision, Dahua, ZKTeco, Suprema və digər təhlükəsizlik sistemləri istehsalçılarının avadanlıqları ilə iş təcrübəsi; Zəif axın və təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə layihələrdə iştirak təcrübəsi; Strukturlaşdırılmış Kabel Sistemləri (SCS) və Fiber Optik sistemlər üzrə sertifikatların olması; İş şəraiti İş yeri: Bakı şəhəri; 5 günlük iş həftəsi; Əmək haqqı: 1000-1500 Azn (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır) Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “İnformasiya Texnologiyaları üzrə mütəxəssis” qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.