Vakansiya haqqında
Analıq məzuniyyətində olan əməkdaşın əvəzlənməsi müddətinə günlük kassa əməliyyatlarına
cavabdeh olacaq Kassir (Əvəzedici) axtarılır.
Kassir şirkətin maliyyə əməliyyatlarını həyata keçirən əsas əməkdaşlardan biri olaraq,
müştərilərlə birbaşa ünsiyyətdə olmalı, ödəniş prosesini operativ və dəqiq şəkildə icra etməlidir.
Əsas məsuliyyətlər:
Müştərilərdən nağd və nağdsız ödənişləri qəbul etmək və düzgün şəkildə
rəsmiləşdirmək;
Günlük kassa əməliyyatlarını yerinə yetirmək və satış
sonrası verilən qəbzləri, kassa sənədlərini düzgün və vaxtında təqdim etmək;
Gün sonu və ay sonu bağlanış əməliyyatlarının həyata keçirmək;
Kassa vəsaitlərinin təhlükəsizliyinin təmin etmək və müəyyən olunmuş qaydada məsul şəxslərə
təhvil vermək;
Kassaya aid bütün sənədlərin və qəbzlərin arxivlənməsinə
nəzarət etmək;
Müştərilərlə nəzakətli və operativ ünsiyyət
qurmaq;
Əsas bacarıqlar/Keyfiyyətlər:
Kassir vəzifəsində minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (rus dili biliyi
üstünlükdür);
Kompüter bilikləri (MS Office proqramları), “1C” maliyyə
platformasında iş təcrübəsi olması;
Məsuliyyətli, diqqətli və dəqiq
olmaq;
Müştəriyönümlü və ünsiyyət bacarığı yüksək
olmaq.
İş şəraiti
İş qrafiki: Bazar ertəsi – Cümə 10:00 -18:00, Şənbə : 10:00 -
15:00
Əmək haqqı: 600 AZN.
Bu vəzifəni yerinə yetirmək üçün lazım olan biliyə, bacarığa və təcrübəyə malik
olduğunuzu düşünürsünüzsə, (mövzu hissəsində “Kassir (Əvəzedici)” qeyd etməklə) CV-niziMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
