Vakansiya haqqında
“Biznesin inkişafı departamentinin
müdiri”vakansiyası üzrə işçi axtarışı elan edilir! Yeni imkanlar qazanmaq və dinamik iş mühitində dəyər
yaradan komandanın bir parçası olmaq istəyirsinizsə, sizi vakansiyamıza müraciət etməyə dəvət
edirik.
Vəzifə
öhdəlikləri:
Departamentin fəaliyyətinə strateji rəhbərliyi həyata keçirmək, strateji
planlaşdırma, biznesin inkişafı və layihələrin idarə edilməsi proseslərini koordinasiya etmək;
Mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsi, yeni bazar imkanlarının müəyyənləşdirilməsi
və biznesin inkişaf perspektivlərinin qiymətləndirilməsi üzrə analitik təhlilləri təşkil etmək;
Cəmiyyətin ümumi biznes strategiyasının hazırlanmasında iştirak etmək, təsdiq edilmiş
strategiyanın icrasını əlaqələndirmək və strateji hədəflərə nailolma səviyyəsini
qiymətləndirmək;
Yeni biznes imkanlarının müəyyənləşdirilməsi və
innovativ layihələrin həyata keçirilməsi üzrə təşəbbüslər irəli sürmək, layihələrin planlaşdırılması, icrası və
nəticələrinin qiymətləndirilməsinə rəhbərlik etmək;
Bazar
tendensiyalarını, rəqabət mühitini və rəqiblərin fəaliyyətini təhlil etmək, əldə olunan nəticələr əsasında biznesin
inkişafına yönəlmiş təkliflər hazırlamaq;
Potensial tərəfdaşlarla işgüzar
danışıqlar aparmaq, əməkdaşlıq imkanlarını qiymətləndirmək və strateji tərəfdaşlıq əlaqələrinin qurulmasını təmin
etmək;
Biznesin davamlı inkişafı, gəlirliliyin artırılması və əməliyyat
proseslərinin optimallaşdırılması istiqamətində təkliflər hazırlamaq və müvafiq təşəbbüslərin icrasını koordinasiya
etmək;
Departamentin aylıq, rüblük və illik fəaliyyət hesabatlarının
hazırlanmasını təşkil etmək, nəticələri təhlil etmək və rəhbərliyə təqdim etmək.
Tələblər:
Ali təhsil (iqtisadiyyat, idarəetmə, biznesin idaə edilməsi və s.
üzrə);
Biznesin inkişafı, strateji planlaşdırma və ya biznes
proseslərinin idarə edilməsi sahəsində ən azı 5 il iş təcrübəsi;
Strateji
planlaşdırma, biznes strategiyasının hazırlanması və icrası üzrə nəzəri və praktiki biliklər;
Layihələrin idarə edilməsi metodologiyaları üzrə biliklər; PMP sertifikatı, maliyyə
modelləşdirilməsi və şirkətlərin dəyərinin qiymətləndirilməsi üzrə bilik və sertifikatlar
üstünlükdür;
Biznes proseslərinin təhlili, idarə edilməsi və
optimallaşdırılması üzrə biliklər;
Büdcələşdirmə, xərclərin təhlili,
maliyyə modelləşdirilməsi və səmərəlilik göstəricilərinin hesablanması bacarığı;
Biznes layihələrinin maliyyə və iqtisadi səmərəliliyini qiymətləndirmək
bacarığı;
MS Office proqramları, xüsusilə Excel və biznes analitikası
alətləri ilə işləmək bacarığı;
Azərbaycan dilində yüksək səviyyədə şifahi
və yazılı ünsiyyət, ingilis dili biliyi üstünlükdür;
Yüksək səviyyədə
təqdimat və danışıqlar aparmaq, işgüzar münasibətləri effektiv idarə etmək bacarığı;
Strateji və innovativ düşüncə, güclü analitik təhlil və problem həll etmə
bacarığı;
Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və
nəticəyönümlülük;
Komanda ilə işləmək, qərarvermə və dəyişən biznes
mühitinə uyğunlaşmaq bacarığı.
İş rejimi:
5 günlük iş qrafiki
İş saatı
09:00-18:00-dək
Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
CV-lərinizi mövzu hissəsində “Biznesin
inkişafı departamentinin müdiri”yazaraqMüraciət etdüyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.
Şirkətimizə qoşulun, yeni uğurlara imza
atın!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
