Vakansiya haqqında
İş şəraiti
Şəhər: Bakı
İş qrafiki: Həftə içi 5 gün,
09:00–18:00 (13:00-14:00 nahar vaxtı)
Əmək haqqı: Razılaşma
əsasında
Əsas vəzifə və öhdəliklər
Gündəlik mühasibat əməliyyatlarının düzgün və vaxtında uçota
alınması;
Mühasibat əməliyyatlarının 1C proqramına daxil edilməsi və
müvafiq hesablar üzrə məlumatların yoxlanılması;
Bank əməliyyatlarının
aparılması, internet bankçılıq sistemi üzərindən ödəniş və köçürmələrin həyata keçirilməsi;
Bank hesabları üzrə əməliyyatların mühasibat uçotu məlumatları ilə
üzləşdirilməsi;
Elektron qaimə-fakturaların hazırlanması və müvafiq
əməliyyatların uçota alınması;
Debitor və kreditor borclarının uçotunun
aparılması və üzləşdirilməsi;
Vergi hesablamalarının aparılmasında və
vergi bəyannamələrinin hazırlanmasında iştirak;
Dövlət qurumlarına təqdim
edilən hesabatlar üçün müvafiq məlumatların hazırlanması;
Aylıq, rüblük
və illik bağlanış proseslərində iştirak və tələb olunan məlumatların təqdim edilməsi;
Maliyyə hesabatlarının hazırlanması üçün zəruri mühasibat məlumatlarının toplanması və
yoxlanılması;
Mühasibat uçotu məlumatlarının analitik cədvəllər və
köməkçi reyestrlərlə üzləşdirilməsi;
Audit və digər yoxlamalar zamanı
tələb olunan mühasibat sənədlərinin və məlumatlarının hazırlanmasına dəstək göstərilməsi;
Mühasibat və vergi uçotu üzrə qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və
tətbiqi.
Namizədə tələblər
Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
Mühasibatlıq və ya maliyyə sahəsində minimum 1 il iş təcrübəsi;
Azərbaycan Respublikasının mühasibat və vergi qanunvericiliyi üzrə əsas
biliklər;
PMS I və PMS II sertifikatlarına malik namizədlərə üstünlük
verilir;
1C mühasibat proqramı ilə işləmək bacarığı;
MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı işləmək bacarığı;
Azərbaycan dili – əla, ingilis dili – orta və ya yaxşı səviyyədə; rus dili
arzuolunandır;
ACCA F3 (Financial Accounting), ACCA F7 (Financial
Reporting) üzrə sertifikatlar;
Yüksək analitik və riyazi düşünmə
qabiliyyəti;
Diqqətlilik, məsuliyyətlilik və
dəqiqlik;
Komandada işləmək, tapşırıqları vaxtında və düzgün yerinə
yetirmək bacarığı
CV-ləriniziMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və mövzu sətrində “Mühasib” qeyd
edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
