Vakansiya haqqında
Təsvir
Şirkətin anbar fəaliyyətini və anbar komandasının işini planlaşdırmaq, təşkil etmək
və nəzarətdə saxlamaq.
Malların qəbulu, yerləşdirilməsi, saxlanması və
buraxılışını müvafiq sənədlər və təsdiqlər əsasında təmin etmək.
Anbar
əməliyyatlarının 1C/ERP sistemində vaxtında və düzgün əks etdirilməsinə, fiziki qalıqlarla uçot məlumatlarının
uyğunluğuna nəzarət etmək.
Dövri sayımların və inventarizasiyanın
təşkilini, aşkar edilmiş fərqlərin səbəblərinin araşdırılmasını və düzəldici tədbirlərin icrasını təmin
etmək.
Anbar sahələrindən səmərəli istifadəni, təhlükəsiz saxlama
şəraitini və əməyin təhlükəsizliyi (SƏTƏM) tələblərinə riayət olunmasını təmin etmək.
Hərəkətsiz, zəif dövriyyəli və yararlılıq müddəti yaxınlaşan ehtiyatları izləmək, aidiyyəti
bölmələrlə tədbirlər hazırlamaq və rəhbərliyə hesabat təqdim etmək.
Tələblər
Təhsil: Ali təhsil (İqtisadiyyat, Logistika, Təchizat zəncirinin idarəedilməsi və ya
digər uyğun ixtisaslar).
Təcrübə: Anbar və ya logistika sahəsində 10 il
iş təcrübəsi.
İT üzrə biliklər: MS Office və 1C Enterprise proqramı üzrə
biliklər.
Texniki bacarıqlar
Anbar əməliyyatlarının təşkili və idarə edilməsi üzrə biliklər.
Malların qəbulu, yerləşdirilməsi, saxlanması və buraxılışı proseslərini idarə etmək
bacarığı.
Anbar uçotu, inventarizasiya və qalıqların uzlaşdırılması üzrə
biliklər.
1C/ERP sistemlərində əməliyyatların düzgün əks etdirilməsi
bacarığı.
Anbar sənədləşməsi və sənəd dövriyyəsi qaydalarını
bilmək.
Əməyin mühafizəsi və təhlükəsizlik tələbləri üzrə
biliklər.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Könüllü tibbi sığorta
(bütün ailə üzvlərini əhatə edən)
Servislə təmin
olunur
Təlim dəstəyi
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
