Vakansiya haqqında
Titan Group komandası anbar təsərrüfatı sahəsində təcrübəli, məsuliyyətli, diqqətli və
təşkilatçılıq bacarığına malik namizədləri işə dəvət edir. Namizəd anbar əməliyyatlarının düzgün təşkili, malların
qəbulu, yerləşdirilməsi, saxlanılması və təhvil verilməsi, anbar qalıqlarına nəzarət və uçot proseslərinin
aparılmasına cavabdeh olacaq.
Əsas vəzifə və öhdəliklər:
Anbara daxil olan və anbardan çıxan malların qəbul və təhvil prosesinin həyata
keçirilməsi;
Malların say, çeşid və keyfiyyət baxımından
yoxlanılması;
Malların anbarda düzgün yerləşdirilməsi və saxlanılmasının
təmin edilməsi;
Anbar qalıqlarının mütəmadi yoxlanılması və nəzarətdə
saxlanılması;
Mal-material ehtiyatlarının uçotunun
aparılması;
ERP proqramı üzərindən anbar əməliyyatlarının qeydiyyatının
aparılması;
Anbar sənədlərinin, qaimələrin və təhvil-təslim aktlarının
hazırlanması və rəsmiləşdirilməsi;
Planlı və növbədənkənar
inventarizasiyalarda iştirak və prosesin təşkili;
Malların itki və
zədələnmə hallarının qarşısının alınması;
Anbar sahəsində səliqə-sahmanın
və təhlükəsizlik qaydalarının təmin edilməsi;
Anbar qalıqları və mal
dövriyyəsi üzrə hesabatların hazırlanması;
Rəhbərlik tərəfindən verilən
tapşırıqların vaxtında və düzgün icra edilməsi.
Namizədə dair tələblər:
Ali və ya orta ixtisas təhsili;
Anbardar
vəzifəsində minimum 3 il iş təcrübəsi;
Anbar uçotu və mal-material
ehtiyatlarının idarə edilməsi üzrə praktiki biliklər;
ERP proqramları ilə
işləmək bacarığı;
MS Office proqramlarını, xüsusilə Excel-i
bilmək;
Anbar sənədləşməsi və inventarizasiya qaydaları haqqında
məlumatlı olmaq;
Diqqətlilik, dəqiqlik və
məsuliyyətlilik;
Operativ qərarvermə və problem həll etmə
bacarığı;
Komanda ilə işləmək bacarığı.
İş şərtləri:
Əmək haqqı: 1000–1300 AZN;
İş təcrübəsi:
3+ il;
İş istiqaməti: Anbar əməliyyatları və anbar
uçotu;
Peşəkar inkişaf və təcrübəyə uyğun iş mühiti;
Nahar: Şirkət tərəfindən təmin olunur;
Servis: Yeni
Suraxanı dairəsi və Binə qəsəbəsindən mövcuddur.
İş qrafiki və ünvan:
İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;
İş ünvanı: Binə qəsəbəsi.
Vakansiya ilə maraqlanan namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından
istifadə edilməsi xahiş olunur: “Anbardar”
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
