Vakansiya haqqında
Təsvir
Portfoliomuza daxil olan binaların gündəlik fəaliyyətlərini səmərəli və fasiləsiz idarə
edəcək təcrübəli və proaktiv koordinator axtarırıq. Bu rolun məqsədi təhkim edilən bina üzrə icarəçi və sakinlərin
müştəri olaraq məmnuniyyətini təmin etmək üçün binanı (binaları) optimal şəkildə idarə etməkdən
ibarətdir.
Vəzifə öhdəlikləri
Təhkim olunmuş binada işçi heyətinin gündəlik fəaliyyətini koordinasiya etmək və
işlərin vaxtında icrasını təmin etmək;
Telekommunikasiya, istilik,
elektrik, havalandırma və digər mühəndis sistemləri üzrə texniki xidmət və təmir proseslərini planlaşdırmaq,
nəzarət etmək və əlaqələndirmək;
Binanın konstruksiya və
infrastrukturunun vəziyyətinin qiymətləndirilməsi məqsədilə mütəmadi texniki baxışları tətbiq etmək və aşkarlanan
nasazlıqlar üzrə korrektiv tədbirləri təşəbbüs etmək;
Kommunal
xidmətlərin istehlakını təhlil etmək, xərc optimallaşdırılması və enerji səmərəliliyi üzrə təkliflər
hazırlamaq;
Parkinq idarəçiliyi, tullantıların utilizasiyası, binanın
təhlükəsizliyi, təmizlik və digər əməliyyat xidmətlərinə nəzarət etmək;
Sığorta planları, xidmət müqavilələri və üçüncü tərəf təminatçıları ilə əlaqələri idarə
etmək;
Maliyyə və qeyri-maliyyə əməliyyatlarını, texniki xidmət
qrafiklərini, aktları və digər sənədləri dəqiq və sistemli şəkildə qeydiyyata almaq və yeniləmək.
Tələblər
Ali təhsil (mühəndislik, texniki və ya idarəetmə sahələrinə üstünlük
verilir);
Müvafiq sahə üzrə minimum 3 il iş
təcrübəsi;
Mühəndislik, texniki infrastruktur və bina istismarı üzrə baza
bilikləri;
Mühasibat uçotu və maliyyə prinsipləri haqqında əsas
anlayışlar;
Əla şifahi və yazılı ünsiyyət bacarıqları, müxtəlif
tərəflərlə effektiv əməkdaşlıq etmək bacarığı;
Güclü analitik düşünmə,
problemlərin operativ qiymətləndirilməsi və məntiqli qərarvermə bacarığı;
Çoxsaylı tapşırıqları paralel idarə etmək və dinamik mühitə adaptasiya olmaq
qabiliyyəti.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
İşçinin inkişafı üçün təlim, tədris proqramları
Rəqabətli əmək haqqı və bonus sistemi
Korporativ
nömrə
Korporativ tədbirlər
Könüllü tibbi sığorta
Korporativ loyallıq
proqramına üzvlük
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
