Vakansiya haqqında
Təsvir
Təchizatçılardan daxil olan elektron qaimələrin (e-qaimələrin) yoxlanılması və
mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
E-qaimələr
üzrə ilkin sənədlərin (təvil-təslim aktları, hesab-fakturalar və digər təsdiqedici sənədlər)
yoxlanılması;
Təchizatçılarla üzləşmə aktlarının hazırlanması, qarşılıqlı
hesablaşmaların yoxlanılması və fərqlərin araşdırılması;
Təchizatçılar
üzrə kreditor borclarının izlənilməsi, qalıqların yoxlanılması və müvafiq hesabatların
hazırlanması;
Daxil olan sənədlərdə aşkar edilmiş uyğunsuzluqların aradan
qaldırılması üçün aidiyyəti şəxslərlə əlaqələndirmənin aparılması;
Mühasibat uçotu sisteminə (1C) məlumatların düzgün və vaxtında daxil edilməsi, sənədlərin
elektron və fiziki arxivləşdirilməsinin təmin edilməsi;
Təchizatçılar
üzrə kreditor borclarının yaşlandırma hesabatının (Accounts Payable Aging) hazırlanması, vaxtı keçmiş borcların
müəyyən edilməsi və aidiyyəti şəxslərə məlumat verilməsi;
Təchizatçılara
ödənişlərin həyata keçirilməsi üçün tələb olunan sənədlərin və məlumatların hazırlanması, ödənişlərin təsdiq edilmiş
müqavilə və sifariş şərtlərinə uyğunluğunun yoxlanılmasına dəstək göstərilməsi;
Kreditor borcları üzrə aylıq bağlanış prosesində iştirak edilməsi, hesab qalıqlarının
yoxlanılması və maliyyə hesabatlarının hazırlanması üçün zəruri məlumatların təqdim edilməsi.
Tələblər
Təhsil: Ali ( Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və Audit, Menecment
ixtisasları)
Təcrübə: Müvafiq sahədə 1-3 il
Sertifikatlar: PMS, ACCA ( F3,F7)
İT üzrə biliklər:
MS Office və 1C (və ya digər mühasibatlıq proqramları)
Texniki Bacarıqlar
Vergi Məcəlləsi, Əmək Məcəlləsi üzrə biliklər
Mühasibat uçotu hesablar planı
Mühasibat hesabının
təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini
Müvafiq ERP proqramları, BTP və Elektron Hökümət Portalı üzrə işləmək
bacarığı
Uçot və hesabatı; hesabatların plan və korrespondensiyasını;
hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini; sənədlərin rəsmiləşdirilməsi qaydaları
Səriştəlik
Təşəbbüskarlıq və məsuliyyətlilik
İntizamlılıq və nəticəyə köklənmə
Açıq fikirli və
problemi həll etmə bacarığı
Analitik düşünmə
qabiliyyəti
Düzgünlük və dəqiqlik
Yüksək təqdimat bacarığı
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Könüllü tibbi sığorta
(bütün ailə üzvlərini əhatə edən)
Təlim dəstəyi
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
