Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Cəmiyyətin balansında olan kənd təsərrüfatı texnikası, aqreqat, nəqliyyat vasitələri
və avadanlıqlarının texniki istismarının, sazlığının və səmərəli istifadəsinin təmin edilməsi;
Texnikaların dövri texniki xidmət, profilaktik baxış və təmir qrafiklərinin hazırlanması və
icrasına nəzarət olunması;
Aqrotexniki tədbirlərin (şum, səpin,
dərmanlama, məhsul yığımı və s.) vaxtında və keyfiyyətlə həyata keçirilməsi üçün texnika parkının operativ
planlaşdırılması və bölüşdürülməsi;
Ehtiyat hissələri, sürtkü yağları və
yanacaq-sürtkü materiallarına (YSM) olan tələbatın müəyyənləşdirilməsi, sifarişlərin formalaşdırılması və
normativlərə uyğun xərcinə nəzarət edilməsi;
Texnikaların GPS monitorinq
sistemləri vasitəsilə hərəkətinə, yanacaq sərfiyyatına və iş saatlarına operativ nəzarətin həyata
keçirilməsi;
İşçi heyətinin (mexaniklər, sürücülər, texniki heyət) əməyin
mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət olunması;
Texniki nasazlıqların, qəza və boşdayanmaların səbəblərinin təhlil edilməsi və qarşısının
alınması üçün tədbirlər planının hazırlanması;
Regionlarda yerləşən
təsərrüfat sahələrindəki texnika parkının vəziyyəti ilə bağlı monitorinqlərin keçirilməsi və hesabatların rəhbərliyə
təqdim edilməsi;
Fəaliyyət istiqaməti üzrə rəhbərlik tərəfindən verilmiş
digər tapşırıqların yerinə yetirilməsi;
Xidməti zərurətlə əlaqədar
ehtiyac yarandıqda regionlara ezamiyyələrdə iştirak edilməsi;
Rəhbərlik
tərəfindən verilən tapşırıqların icrası
Tələblər:
Ali təhsil: (Nəqliyyat, mexanika və ya logistika);
İş təcrübəsi: Texnikalarının idarə olunması, nəqliyyat və ya mexanizasiya sahəsində baş
mütəxəssis və ya Dispetçer kimi ən azı 2 il iş təcrübəsi (aqrar sektorda təcrübə üstünlükdür);
Sertifikatlar: Sahə üzrə müvafiq sertifikatlara malik namizədlərə üstünlük
verilir;
Texniki və Peşəkar bacarıqlar:
Kənd təsərrüfatı texnikaları, GPS sisteminə nəzarət, aqreqatların quruluşu və iş
prinsipi haqqında dərin biliklər;
Yanacaq sərfiyyatının hesablanması və
ehtiyyat hissələrinin sərfiyyatı norma və normativlərini bilməsi;
MS
Office (xüsusilə MS Excel) proqramlarından sərbəst istifadə bacarığı;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında biliklər.
Yumşaq bacarıqlar:
Analitik düşünmə, operativ qərarverim və problemləri həlletmə
bacarığı;
Planlaşdırma və resursları səmərəli idarəetmə
qabiliyyəti;
Liderlik, komanda ilə işləmə və güclü kommunikasiya
bacarıqları;
Dəqiqlik və detallara diqqət qabiliyyəti.
Əmək şəraiti:
Pozitiv və dəstəkləyici iş mühiti
İş
qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
İş vaxtı: 09:00
-18:00
Əmək haqqı: 1200 manat (gross)
Müraciət etmək üçün CV-niziMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına
“Mexanizasiya üzrə Baş mütəxəssis” qeyd edərək göndərməyinizi xahiş edirəm.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
