Vakansiya haqqında
SalArchi Group bizneslərin satış sistemlərinin qurulması, optimallaşdırılması və inkişaf
etdirilməsi sahəsində fəaliyyət göstərən biznes konsaltinq şirkətidir.
Hazırda satış fəaliyyətimizi genişləndiririk və bizimlə sərbəst (Freelance / Remote)
formatda əməkdaşlıq edəcək, nəticəyönümlü və satış bacarıqlarına güvənən B2B satış mütəxəssisləri
axtarırıq.
Bu əməkdaşlıq modeli standart ofis rejimindən asılı olmadan, sərbəst iş qrafiki ilə
fəaliyyət göstərmək və bağlanan müqavilələr əsasında yüksək komissiya gəliri əldə etmək istəyən şəxslər üçün nəzərdə
tutulub.
Vəzifə öhdəlikləri:
Potensial korporativ müştərilərin və biznes sahiblərinin müəyyən
edilməsi
Şirkət rəhbərləri və qərarverici şəxslərlə ilkin əlaqələrin
qurulması
Potensial müştərilərin ehtiyaclarının
öyrənilməsi
SalArchi Group-un korporativ satış və biznes konsaltinq
xidmətlərinin təqdim edilməsi
Potensial müştərilərlə görüşlərin təyin
edilməsi
B2B satış danışıqlarının aparılması
Müqavilələrin bağlanması prosesində iştirak
Satış
nəticələrinə və yeni müştərilərin cəlb edilməsinə fokuslanmaq
Namizəddən tələblər:
B2B və ya xidmət satışında təcrübə və ya güclü kommunikasiya
bacarığı
Müştərini dinləmək və ehtiyaclarını düzgün müəyyən etmək
bacarığı
Biznes sahibləri və şirkət rəhbərləri ilə peşəkar ünsiyyət
qurmaq bacarığı
Satış danışıqları aparmaq və satış bağlamaq
bacarığı
Müstəqil işləmək və iş prosesini sərbəst idarə etmək
bacarığı
Nəticəyönümlü və məsuliyyətli yanaşma
Yüksək gəlir əldə etməyə motivasiya
Təklif edirik:
Bağlanan hər uğurlu B2B konsaltinq müqaviləsindən yüksək komissiya
gəliri
Tam sərbəst iş qrafiki
Məsafədən (Remote) işləmək imkanı
Hazır müştəri
təqdimatları və kommersiya təklifləri
Peşəkar B2B satış skriptləri və
satış resursları
Şirkətin mövcud təcrübəsindən və uğurlu layihələrindən
istifadə imkanı
Strateji müştəri görüşlərində ekspert
dəstəyi
Yekun müqavilə bağlanması prosesində birgə
iştirak
Satış nəticələrinə uyğun olaraq gəlir əldə etmək
imkanı
Əməkdaşlıq detalları:
İş formatı: Freelance / Remote
İş qrafiki: Tam sərbəst
Əməkdaşlıq modeli: Nəticəyə əsaslanan B2B satış
tərəfdaşlığı
Ödəniş forması: Bağlanan uğurlu müqavilələr
üzrə komissiya
Gəlir: Satış nəticələrindən asılı olaraq,
sabit yuxarı limit olmadan
Qeyd:
Bu əməkdaşlıq modeli standart 09:00–18:00 ofis rejimindən və sabit əməkhaqqı
sistemindən asılı olmadan, öz satış bacarıqları və nəticələri əsasında gəlir əldə etmək istəyən peşəkarlar üçün
nəzərdə tutulub.
SalArchi Group tərəfindən bütün zəruri satış
materialları, təqdimatlar və ekspert dəstəyi təmin olunur.
Maraqlanan namizədlər öz CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına və ya+994 10 253 01 61nömrəsinin WhatsApp hesabına göndərə bilərlər.
E-mail mövzusunda “Freelance B2B Satış Tərəfdaşı” qeyd
olunmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
