Vakansiya haqqında
"Groupone" MMC “İnsan Resursları üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan
edir:
Vəzifə öhdəlikləri:
Əmək qanunvericiliyinə, daxili əsasnamə və prosedurlara uyğun olaraq işçilərin işə
qəbulu, işdən azad olunması, vəzifə dəyişiklikləri, transfer və digər kadr əməliyyatlarının icra
edilməsi;
İşçilərlə bağlı bütün kadr sənədlərinin hazırlanması,
qeydiyyatı və arxivləşdirilməsinin təmin edilməsi;
Əmək müqavilələrinin,
əlavələrin, əmrlərin və digər kadr sənədlərinin hazırlanması;
İşçilərlə
bağlı bütün dəyişikliklərin müvafiq dövlət portallarına vaxtında və düzgün şəkildə daxil
edilməsi;
Əmək kitabçalarının qeydiyyatının aparılması, yeni əmək
kitabçalarının açılması və zərurət olduqda doldurulması;
Məzuniyyət
qrafikinin hazırlanması, məzuniyyətlərin izlənilməsi və uçotunun aparılması;
İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və
arxivləşdirilməsi;
İşçilərin müraciətləri əsasında arayış, xasiyyətnamə
və digər rəsmi sənədlərin hazırlanması;
Filial rəhbərləri ilə sıx
əməkdaşlıq edərək işçi heyəti ilə bağlı məsələlərin həlli;
Yeni
əməkdaşların işə qəbul və adaptasiya prosesinin koordinasiya olunması;
Vakansiya elanlarının hazırlanması və paylaşılması;
Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili və seçim prosesində
iştirak;
Əcnəbi əməkdaşlarla bağlı miqrasiya sənədlərinin hazırlanması,
izlənilməsi və miqrasiya proseslərinin koordinasiya olunması;
Miqrasiya
ilə bağlı icazələrin, qeydiyyat və digər zəruri sənədlərin müddətlərinə nəzarət edilməsi və yenilənmə prosesinin
təşkili;
İşçilərin gündəlik davamiyyətinin (tabel) izlənilməsi, tabel
məlumatlarının hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
Restoran
əməliyyat komandası ilə sıx əməkdaşlıq edərək işçi ehtiyaclarının vaxtında qarşılanmasının təmin
edilməsi;
HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim
edilməsi;
İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı
məsələlərin operativ həllinə dəstək göstərilməsi.
Namizədə dair tələblər:
Ali təhsil (idarəetmə, biznesin təşkili və ya əlaqəli sahə üzrə
üstünlükdür);
Restoran və ya hotel sferasında İnsan Resursları sahəsi
üzrə minimum 3-4 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək
Məcəlləsini yaxşı səviyyədə bilmək;
MS Office (xüsusilə MS Excel yaxşı
səviyyədə bilməli) işləmək bacarığı;
Azərbaycan və Rus dil biliyi (şifahi
və yazılı) mütləqdir;
Güclü ünsiyyət, təşkilatçılıq və koordinasiya
bacarığı;
Komandada işləmək və eyni zamanda müstəqil qərarvermə
bacarığı;
Məsuliyyətli, təşəbbüskar, detallara diqqətli və operativ
olmaq;
Çoxşaxəli iş mühitində işləmək bacarığı.
İşində motivasiyalı, öyrənməyə açıq və təşəbbüskar olması arzu olunandır.
İş şəraiti:
İş saatları: 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00;
İstirahət günü: Şənbə,
Bazar;
İş yeri: Bakı şəhəri, Globus Center( baş ofis), vəzifə üzrə iş
fəaliyyəti restoranın filiallarında aparılacaq.
Nahar şirkət tərəfindən
verilir;
Əmək haqqı: 900-1000 AZN.
Uyğun namizədlər öz CV-lərini “İnsan Resursları üzrə mütəxəssis” başlığı
iləMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
