Vakansiya haqqında
SGS dünyanın aparıcı inspeksiya, yoxlama, sınaq və sertifikatlaşdırma
şirkətidir. Biz davamlılıq, keyfiyyət və dürüstlük sahəsində qlobal etalon kimi tanınırıq. Dünyanın
müxtəlif ölkələrində fəaliyyət göstərən 2600 ofis və laboratoriyadan ibarət şəbəkəmizdə 99 600 əməkdaş
çalışır.
Harada olmağınızdan və hansı sənaye sahəsində fəaliyyət göstərməyinizdən asılı olmayaraq,
dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən ekspertlərimiz biznesinizin daha sürətli, sadə və
səmərəli şəkildə inkişaf etməsinə kömək edən ixtisaslaşmış həllər təqdim edirlər.
SGS Azerbaijan MMC neft, neft məhsulları, kimyəvi maddələr və mineral gübrələrdən
nümunələrin götürülməsi üzrə fəaliyyət göstərəcək İnspektor vəzifəsinə əməkdaş axtarır.
Əsas vəzifə öhdəlikləri
Neft, neft məhsulları, kimyəvi maddələr və mineral gübrələrdən müəyyən edilmiş
prosedurlara uyğun nümunələrin götürülməsi;
Nümunələrin düzgün
etiketlənməsi, qeydiyyata alınması və laboratoriyaya təhvil verilməsi;
Nümunəgötürmə zamanı təhlükəsizlik və keyfiyyət tələblərinə riayət
edilməsi;
Müvafiq sənədlərin və hesabatların
hazırlanması;
İş zamanı istifadə olunan avadanlıq və vasitələrə düzgün
münasibətin təmin edilməsi;
Şirkətin prosedur və təlimatlarına uyğun
fəaliyyət göstərilməsi.
Namizədə tələblər
Orta ixtisas və ya ali təhsil;
Azərbaycan
dilində sərbəst danışıq və yazı bacarığı;
Word, Excel və Outlook
proqramları üzrə elementar istifadə bacarıqları;
B və C kateqoriyalı
sürücülük vəsiqəsi;
Mexaniki sürətlər qutusu olan avtomobilləri idarə
etmək bacarığı;
Məsuliyyətli, diqqətli və intizamlı
olmaq;
Sahə şəraitində işləməyə hazır olmaq;
İş təhlükəsizliyi və prosedurlara riayət etmək bacarığı.
Əmək şəraiti
Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcək
İş yeri: Bakı şəhəri
Yaş həddi: 18–60
yaş
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız ilkin seçim mərhələsindən keçmiş namizədlər işə qəbul
prosesinin növbəti mərhələlərinə dəvət olunacaqlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
