Vakansiya haqqında
Ümumi Baxış:
Şirkət restoran, kafe, otel və digər iaşə obyektləri üçün birdəfəlik istifadə olunan
məhsulların pərakəndə və topdan satışı sahəsində fəaliyyət göstərir. Şirkət fəaliyyətində keyfiyyət, operativ xidmət
və müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən etmişdir.
Əsas vəzifələr:
Anbara daxil olan malların say və çeşid üzrə qəbulunu həyata
keçirmək;
Qəbul edilən malların müvafiq sənədlərlə uyğunluğunu
yoxlamaq;
Malların anbar daxilində düzgün yerləşdirilməsini və
çeşidlənməsini təmin etmək;
Müxtəlif ünvanlarda yerləşən anbardakı
malların mərkəzi anbara daşınmasının, qəbulunun və müvafiq qaydada yerləşdirilməsinin təmin
edilməsi;
Malların sifarişlərə uyğun hazırlanmasını və təhvil verilməsini
təmin etmək;
Anbarda mal qalığının düzgünlüyünə və saxlanma qaydalarına
nəzarət etmək;
Dövri inventarizasiyalarda iştirak etmək və faktiki
qalıqları uçot məlumatları ilə üzləşdirmək;
Anbarda təmizlik,
səliqə-sahman və iş qaydalarına riayət etmək;
Aşkar edilmiş
çatışmazlıqlar və uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək;
İş şərtləri:
Rəsmi əmək müqaviləsi;
6 günlük iş
qrafiki;
Əmək haqqı müsahibə əsasında müəyyən
ediləcək;
Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə
əsasında müəyyən ediləcək;
Stabil iş mühiti və uzunmüddətli əməkdaşlıq
imkanı.
Tələblər:
Anbardar vəzifəsi üzrə iş təcrübəsi arzuolunandır;
Malların qəbulu, saxlanması və təhvil verilməsi qaydalarını bilmək;
Say və çeşid üzrə diqqətli və dəqiq olmaq;
Məsuliyyətli, intizamlı və operativ olmaq;
Komandada işləmək bacarığı;
Fiziki işə
uyğunluq;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Mövzu hissəsində “Anbardar”
yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş
olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
