Vakansiya haqqında
Vəzifənin məqsədi:
İnzibati departamentin gündəlik fəaliyyətini koordinasiya etməklə təşkilatın
inzibati və təsərrüfat xidmətlərinin (avtonəqliyyat, təmizlik, keytrinq, istirahət və sağlamlıq xidmətləri,
dəftərxana və qida təminatı, təsərrüfat mallarının uçotu, tədbirlərin təşkili və iş sahələrinin planlaşdırılması)
fasiləsiz, vaxtında və keyfiyyətlə göstərilməsini təmin etmək, podratçı şirkətlərin və xidmət heyətinin fəaliyyətinə
nəzarət etmək və proseslərin təkmilləşdirilməsinə töhfə vermək.
Əsas vəzifə öhdəlikləri:
İnzibati departamentin gündəlik fəaliyyətini koordinasiya etmək, iş planlarının və
tapşırıqların müddətində icrasını izləmək, icra vəziyyəti barədə rəhbərliyə müntəzəm məlumat
vermək;
Departamentin fəaliyyət sahəsi üzrə satınalma tələblərinin
formalaşdırılmasını təmin etmək;
İnzibati proseslərin səmərəliliyinin
artırılması, rəqəmsal alətlərin tətbiqi və fəaliyyətin təkmilləşdirilməsi məqsədilə müvafiq təkliflər
vermək;
Avtonəqliyyat təsərrüfatının idarə edilməsi üzrə qanunvericiliyə
uyğun normaların hazırlanmasını və zəruri hallarda yenilənməsini, habelə fəaliyyətin müəyyən edilmiş normalara uyğun
həyata keçirilməsini təmin etmək;
Avtonəqliyyat vasitələrinin texniki
baxışdan keçirilməsi, texniki xidməti və təmiri, aylıq yanacaqla təmin edilməsi ilə bağlı işlərin vaxtında və
keyfiyyətlə həyata keçirilməsini təşkil etmək, müvafiq uçotu aparmaq;
Sürücü heyətinin fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etmək;
İnzibati binanın təmizlik ehtiyaclarını müəyyən etmək, illik təmizlik planını hazırlamaq,
podratçı şirkətin və xadimə heyətinin fəaliyyətinə nəzarət etməklə xidmətlərin plana uyğun və keyfiyyətlə
göstərilməsini təmin etmək;
Nahar yeməyinin təşkili üzrə keytrinq
podratçısının fəaliyyətinə nəzarət etmək, xidmətlərin vaxtında və keyfiyyətlə göstərilməsini, gigiyena və qida
təhlükəsizliyi tələblərinə riayəti təmin etmək;
İnzibati binada istirahət
və sağlamlıq xidmətlərinin göstərilməsi üçün müvafiq şəraitin yaradılmasını və xidmətlərin fasiləsiz təşkilini təmin
etmək;
Fəaliyyət nəticəsində yaranan tullantıların qanunvericiliyin
tələblərinə uyğun olaraq idarə edilməsini təşkil etmək;
Dəftərxana
ləvazimatları və gündəlik istifadə olunan qida məhsulları üzrə əməkdaşların sifarişlərini vaxtında təmin etmək və
uçotunu aparmaq;
Təsərrüfat təyinatlı mallarla bağlı ehtiyacları müəyyən
etmək, onların uçotunu və istifadəsini təmin etmək, texniki vəziyyətinə nəzarət etmək, inventarlaşdırılması və
silinməsi proseslərində iştirak etmək, habelə bu malların saxlanıldığı sahələrdə saxlanma şəraitinə nəzarət
etmək;
Təşkilat daxilində keçirilən görüş və tədbirlər üçün
bronlaşdırılmış otaqların zəruri məhsul və vasitələrlə təmin edilməsini təşkil etmək;
İş sahələrinin səmərəli planlaşdırılmasını, bölüşdürülməsini, yerdəyişməsini və bundan irəli
gələn digər fəaliyyətlərin həyata keçirilməsini təşkil etmək;
Əmək
fəaliyyəti ilə bağlı səlahiyyətli şəxslərin digər tapşırıqlarını yerinə yetirmək.
Namizədə dair tələblər:
Azərbaycan Respublikası vətəndaşı olmaq;
Biznesin idarə edilməsi, İnzibati idarəetmə, Logistika, Mühəndislik, İqtisadiyyat və ya
aidiyyəti sahədə ali təhsil;
İnzibati-təsərrüfat işləri, avtonəqliyyat
təsərrüfatının idarə edilməsi, ofis idarəetməsi, bina və texniki xidmətlərin (Facility) koordinasiyası və ya oxşar
sahələrdə ən azı 2 il təcrübə;
İnzibati-təsərrüfat işlərinin və təchizat
proseslərinin idarə olunması üzrə planlaşdırma və təşkilatçılıq bacarığı;
Podratçılarla effektiv ünsiyyət və nəzarət bacarıqları;
Microsoft Office (Excel, Word, Outlook) proqramlarında yüksək səviyyədə bilik; mal-material
uçotu və hesabat hazırlama bacarığı;
Problemlərin həllində təşəbbüs
göstərmək və zəruri hallarda eskalasiya etmək bacarığı; sorğu izləmə (tiket) və uçot sistemlərindən istifadə
bacarığı.
Azərbaycan və İngilis dilində yüksək səviyyədə yazılı və şifahi
ünsiyyət.
Üstünlük hesab edilən meyarlar:
İnzibati-təsərrüfat işlərinin idarə edilməsi, Facility management (bina və
obyektlərin idarə edilməsi), satınalma və ya logistika sahəsində ixtisasartırma kursları və ya
sertifikatlar;
Böyük təşkilatlarda inzibati-təsərrüfat və ya təchizat
sahəsində təcrübə;
Rus dilində yazılı və şifahi
ünsiyyət.
Biz təklif edirik:
Rəsmi əmək müqaviləsi və sabit əmək haqqı;
Qanunvericiliyə uyğun illik ödənişli məzuniyyət;
Könüllü tibbi sığorta;
İdman zallarına üzvlük
paketi.
Vakansiya həm kişi, həm də qadın namizədlər üçün açıqdır.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
