Vakansiya haqqında
Azera Holdinq, tərkibində fəaliyyət göstərən Katan
Tekstil MMC üçün Təchizat üzrə menecer vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifələr:
Şirkətin istehsal və inzibati fəaliyyətinə uyğun olaraq illik, aylıq və operativ
təchizat ehtiyaclarını təhlil etmək, satınalma planını formalaşdırmaq və icrasını təmin etmək.
Xammal, material, avadanlıq, ehtiyat hissələri və digər mal-xidmət kateqoriyaları üzrə bazar
araşdırmaları aparmaq, alternativ təchizat mənbələri müəyyənləşdirmək və qiymət müqayisələri
hazırlamaq.
Təchizatçıların seçilməsi, ilkin qiymətləndirilməsi və dövri
performans qiymətləndirilməsini həyata keçirmək; qiymət, keyfiyyət, çatdırılma müddəti, ödəniş şərtləri və
etibarlılıq meyarları üzrə optimal tərəfdaşları müəyyən etmək.
Təchizatçılarla kommersiya danışıqları aparmaq, daha sərfəli qiymət və şərtlərin əldə
edilməsini, endirimlərin və ödəniş möhlətlərinin razılaşdırılmasını təmin etmək.
Satınalma sifarişlərini, kommersiya təkliflərini, müqavilələri, hesab-fakturaları və digər
zəruri sənədləri hazırlamaq və aidiyyəti bölmələrlə razılaşdırmaq.
Müqavilə öhdəliklərinin, sifarişlərin və çatdırılmaların vaxtında və düzgün icrasına nəzarət
etmək, gecikmə və uyğunsuzluqlar üzrə operativ tədbirlər görmək.
Alınan
malların texniki tələblərə, sifarişə, keyfiyyət standartlarına və miqdar göstəricilərinə uyğunluğunun yoxlanılmasını
aidiyyəti bölmələrlə koordinasiya etmək; tələb olunan sertifikat və digər təsdiqedici sənədləri təmin
etmək.
Logistika, nəqliyyat, gömrük və çatdırılma proseslərini zərurət
olduqda koordinasiya etmək, malların təyin olunmuş müddətdə və optimal xərclə şirkətə çatdırılmasını təmin
etmək.
Anbar qalığı, minimum-maksimum ehtiyat səviyyəsi və material
dövriyyəsini nəzərə alaraq artıq ehtiyatın və təchizat çatışmazlığının qarşısını almaq üçün müvafiq bölmələrlə
koordinasiyalı işləmək.
Satınalma büdcəsinin icrasına nəzarət etmək,
xərclərin optimallaşdırılması və qənaət imkanlarını müəyyənləşdirmək, faktiki xərcləri plan göstəriciləri ilə
müqayisə etmək.
Təchizat və satınalma əməliyyatlarının 1C və digər daxili
sistemlərdə düzgün və vaxtında qeydiyyatını təmin etmək, məlumatların tamlığını və sənədlərin arxivləşdirilməsini
nəzarətdə saxlamaq.
Təchizat proseslərində mümkün kommersiya, keyfiyyət,
logistika və təchizatçı risklərini əvvəlcədən qiymətləndirmək, alternativ həll və ehtiyat təchizat planları
hazırlamaq.
Maliyyə, anbar, istehsalat, logistika və digər aidiyyəti
struktur bölmələri ilə daimi koordinasiya qurmaq, təchizat prosesində yaranan məsələlərin vaxtında həllini təmin
etmək.
Təchizat üzrə əsas göstəriciləri (qiymət dəyişiklikləri, qənaət,
sifarişlərin icra faizi, gecikmələr, təchizatçı performansı və s.) təhlil etmək, dövri hesabatlar hazırlamaq və
rəhbərliyə təqdim etmək.
Satınalma və təchizat proseslərinin şəffaf,
səmərəli və şirkətin daxili prosedurlarına uyğun təşkilini təmin etmək, proseslərin təkmilləşdirilməsi ilə bağlı
təkliflər vermək.
Tələblər:
Ali təhsil
İş təcrübəsi müvafiq
sahədə 1 il
Azərbaycan dili əla,Türk dili yaxşı, rus dili
üstünlükdür
Kompyuter proqramları biliyi: 1 C və MC Ofice proqramlarında
işləmək
Təmkinli və səbirli olması vacibdir.
Stressə davamlılıq, dəqiqlik,1C proqamında sərbəst işləmək
Bəy Namizədlər
Əlavə qeyd
Əmək haqqı:1500 AZN (Net)
İş yeri: Bakı
şəhəri Nərimanov Rayonu
Həftə içi 5 gün, 09:00-18:00
Tekstil sahəsində təcrübəsi olması arzuolunandır.
Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Katan Tekstil MMC,
Təchizat üzrə menecer” qeyd etməklə,Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
