Vakansiya haqqında
Əsas vəzifə və öhdəlikləri:
Debitor və kreditor borclarının mühasibat uçotunun düzgün və vaxtında aparılmasını
təmin etmək;
Müştərilər və təchizatçılar üzrə hesablaşmaları 1C
proqramında düzgün əks etdirmək və mütəmadi nəzarətdə saxlamaq;
Debitor
və kreditor borcları üzrə qalıqları mütəmadi təhlil etmək, yaranmış fərq və uyğunsuzluqları
araşdırmaq;
Debitor və kreditorlar üzrə üzləşmə aktlarını tərtib etmək,
qarşı tərəflərlə üzləşmələri həyata keçirmək, uçot məlumatlarının uyğunluğunu yoxlamaq və aşkar edilmiş fərqlərin
səbəblərini araşdıraraq aradan qaldırılmasını təmin etmək;
Alış və satış
əməliyyatları üzrə müqavilə, hesab-faktura, elektron qaimə-faktura, təhvil-təslim aktı və digər ilkin mühasibat
sənədlərinin düzgünlüyünü yoxlamaq;
Elektron qaimə-fakturaların uçot
məlumatları ilə uyğunluğunu yoxlamaq və müəyyən edilmiş fərqlərin aradan qaldırılmasını təmin
etmək;
Təchizatçılara və digər kreditorlara ödənilməli məbləğləri
müqavilə, sifariş, hesab-faktura və digər təsdiqedici sənədlər əsasında yoxlamaq;
Müştərilərdən daxil olan ödənişlərin müvafiq hesablaşmalar və sənədlər üzrə düzgün
bağlanmasını təmin etmək;
Avans ödənişlərinin, əvvəlcədən alınmış və
verilmiş vəsaitlərin uçotunu aparmaq və onların vaxtında bağlanmasına nəzarət etmək;
Bank əməliyyatlarını debitor və kreditor hesablaşmaları ilə üzləşdirmək, ödənişlərin düzgün
təyinat üzrə bağlanmasına nəzarət etmək;
Vaxtı keçmiş debitor və kreditor
borclarını müəyyən etmək, səbəblərini araşdırmaq və bu barədə rəhbərliyə məlumat təqdim etmək;
Debitor və kreditor borclarının yaşlandırılması (Aging) üzrə hesabatları hazırlamaq və təhlil
etmək;
Aylıq və illik bağlanış zamanı debitor-kreditor hesabları üzrə
qalıqların düzgünlüyünü yoxlamaq və üzləşdirmək;
Debitor-kreditor
hesablaşmaları üzrə tələb olunan hesabat və analitik məlumatları hazırlamaq;
Mühasibat sənədlərinin düzgün tərtib edilməsini, sistemləşdirilməsini və uçotda vaxtında əks
etdirilməsini təmin etmək;
Rəhbərlik və Baş mühasib tərəfindən verilən
aidiyyəti tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
Əsas tələblər:
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali
təhsil;
Mühasibat uçotu, xüsusilə debitor-kreditor hesablaşmaları üzrə
müvafiq iş təcrübəsi;
Debitor və kreditor borclarının uçotu və qarşılıqlı
hesablaşmalar üzrə yüksək səviyyədə bilik;
Mühasibat hesabları və
müxabirləşmələri üzrə yaxşı bilik;
İlkin mühasibat sənədləri, elektron
qaimə-fakturalar, hesab-fakturalar və üzləşmə aktları ilə işləmək bacarığı;
Üzləşmə aktlarının müstəqil hazırlanması, yoxlanılması və qarşı tərəflərlə razılaşdırılması
üzrə praktiki təcrübə;
Vergi və mühasibat uçotu ilə bağlı qanunvericilik
üzrə biliklər;
1C 8.3 proqramında yüksək səviyyədə işləmək
bacarığı;
MS Excel proqramında sərbəst işləmək
bacarığı;
Böyük həcmdə debitor və kreditor məlumatlarının təhlili və
üzləşdirilməsi bacarığı;
Müqavilə şərtlərini, ödəniş müddətlərini və
hesablaşma mexanizmlərini anlamaq bacarığı;
Azərbaycan dilində sərbəst
yazılı və şifahi ünsiyyət bacarığı, rus və ingilis dili bilikləri arzuolunandır;
Analitik düşüncə, rəqəmlərlə işləmək və uyğunsuzluqları operativ müəyyən etmək
bacarığı;
Məsuliyyətli, dəqiq, diqqətli, operativ və komanda ilə işləmək
bacarığı.
Əlavə məlumat
Təcrübə və ixtisaslara əsaslanan rəqabətli maaş.
Karyera inkişafı və peşəkar inkişaf üçün imkanlar.
Dəstəkləyici və təhlükəsizliyə yönəlmiş iş mühiti.
Şirkət tərəfindən təmin olunan nəqliyyat və mobil telefon nömrəsi.
İş saatları: Bazar ertəsindən cümə gününə qədər, 09:00–18:00.
Bəzən əlavə iş saatlarına görə kompensasiya.
Tələblərə cavab verən namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına “Debitor və Kreditor üzrə mühasib” mövzu başlığı ilə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
