Vakansiya haqqında
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Layihələrin
koordinasiyası üzrə menecervəzifəsi üzrə vakansiya elan olunur.
Vəzifə öhdəlikləri
Gündəlik fəaliyyətlərin təşkili və koordinasiyasını təmin
etmək;
Komandanın idarə olunmasını və iş bölgüsünün aparılmasını həyata
keçirmək;
Sənədlərin arxivləşdirilməsinə və sənəd dövriyyəsinə nəzarət
etmək;
Layihə ilə bağlı hesabat və məlumatları hazırlamaq, şöbələr
arasında məlumat mübadiləsini təmin etmək;
Layihə üzrə ilkin iş həcmləri
ilə tanış olmaq, faktiki icranı monitorinq etmək və nəzarətdə saxlamaq;
İlkin və faktiki koordinatları Google Earth və Global Mapper proqramlarında emal
etmək;
Quyularda əyilmə, sürüşmə və kernin yatım istiqamətinin təyin
edilməsi üçün sahədən daxil olan məlumatları Reflex EZ-Track, Excel və Inclino proqramlarında emal və təhlil
etmək;
Sukeçiricilik, Packer, pressiyometr, datalogger, vibropiezometr,
dipmeter və digər sahə testlərinə aid sənədləri emal etmək;
Sahədən
göndərilən kern yeşikləri və nümunələr üzrə təhvil-təslim aktlarını qəbul etmək və müvafiq sənədlərin mövcudluğunu
təmin etmək;
Sahə məlumatlarını və sənədləri təhlil etmək, zərurət
yarandıqda məlumatları sahə əməkdaşları ilə dəqiqləşdirmək;
Hesab-fakturaların və təhvil-təslim sənədlərinin hazırlanması üçün faktiki iş həcmlərinə dair
cədvəllər tərtib etmək.
Tələblər
Müvafiq sahə üzrə ali təhsil arzuolunandır;
Layihələrin koordinasiyası, sənədləşmə və hesabatların hazırlanması sahəsində minumum 2-4 il
təcrübə;
MS Excel və digər MS Office proqramları ilə işləmək
bacarığı;
Google Earth və Global Mapper proqramlarında işləmək
bacarığı;
Texniki sənədlərlə və sahə məlumatları ilə işləmək
bacarığı;
Analitik düşünmə, diqqətlilik və detallara həssas
yanaşma;
Komandada işləmək, işləri planlaşdırmaq və vaxtında icra etmək
bacarığı;
Məsuliyyətlilik və ünsiyyət bacarıqları.
Əmək şəraiti:
İş yeri: Xırdalan şəhəri
İş qrafiki: 6 günlük
Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaqdır
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Layihələrin
koordinasiyası üzrə menecer” qeyd etməkləMüraciət
etdüyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərmələri
xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
