Vakansiya haqqında
Vision Academy tərəfindən təşkil olunan 3 aylıq Aşpazlıq üzrə Peşə Hazırlığı
Proqramına qeydiyyat davam edir.
1) Kimlər müraciət edə bilər?
Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
Yaş həddi: 18 - 35.
Sahibkarlıq fəaliyyəti ilə
məşğul olmayan namizədlər.
Orta və ya ali təhsilli
şəxslər
Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə
yetirən şəxslər.
Aşpazlıq sahəsinə marağı olanlar, yeni
başlayanlar.
Kulinariya bacarıqlarını inkişaf etdirmək
istəyənlər.
Karyerasını bu sahədə qurmaq istəyən məsuliyyətli və yaradıcı
şəxslər.
2) Peşə Hazırlığı Proqramında keçirilən əsas mövzuları sizə təqdim
edirik:
Aşpazlığın Əsasları:
Peşəyə giriş və mətbəx etikası.
İş
mühitində gigiyena və təhlükəsizlik qaydaları.
Mətbəx avadanlıqları və
onların istifadəsi.
Ərzaqların düzgün saxlanılması və istifadəyə
hazırlanması.
Bişirmə Texnikaları və Menyu Hazırlığı:
Milli və beynəlxalq mətbəxlər üzrə əsas yemək növləri.
Qızartma, buğlama, sobada bişirmə, qaynatma və digər üsullar.
Səhər yeməkləri, salatlar, isti yeməklər, qəlyanaltılar və desertlər.
Mətbəx içi əmək bölgüsü və səmərəli işin təşkili.
Praktiki Məşğələlər və Yaradıcı Təcrübə:
Real mətbəx şəraitində praktiki bişirmə.
Menyu tərtibatı və yeməklərin təqdimatı.
Tədarük
planlaması və ərzaq israfının qarşısının alınması.
Komanda ilə işləmə
bacarığı.
3) Bu Proqram Sizə Nələri Qazandıracaq?
Peşə Hazırlığı proqramı tam ödənişsizdir.
Peşə Hazırlığı proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd
veriləcək.
Peşə Hazırlığı proqramı 3 ay davam
edəcək.
Peşə Hazırlığı proqramı hər gün 4 saat
və həftədə 5 dəfə olmaqla, ümumilikdə 264 saat olacaq.
3 aylıq Peşə Hazırlığı proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş
ilə təmin olunacaq.
Real Təcrübə – Peşəkar
aşpazların rəhbərliyi altında mətbəxdə praktika.
Yaradıcılıq
İmkanı – Fərqli reseptlərin sınaqdan keçirilməsi və yeni yeməklərin hazırlanması.
Mentor Dəstəyi – Təcrübəli aşpazlar tərəfindən təlim və
yönləndirmə.
Rəsmi Sertifikat – Proqramı uğurla
tamamlayanlara təqdim olunur.
Karyera Dəstəyi – Təlimi
uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
Coffee break– Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa,
dəyərli zaman.
Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura
bilərsiniz:
https://forms.gle/KaQRWDatgXanFEMVA
Ünvan:Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov
25A.
Veb sayt:www.visionacademy.az
Əlaqə nömrəsi: 010 7253232
Sosial Media Hesablar:
https://instagram.com/vision.karyera
https://instagram.com/visionacademyaz
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
