Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Layihə və ya müəssisə üzrə material və avadanlıq tələbatının müəyyənləşdirilməsində
iştirak etmək;
Təchizat planının hazırlanmasına və icrasına nəzarət
etmək;
Təchizatçıların araşdırılması, seçilməsi və qiymətləndirilməsini
həyata keçirmək;
Qiymət sorğularını (RFQ) hazırlamaq, toplamaq və
müqayisəli təhlilini aparmaq;
Satınalma sifarişlərinin (PO)
hazırlanmasını, təsdiqini və icrasını təşkil etmək;
Təchizat
müqavilələrinin və satınalma şərtlərinin razılaşdırılması prosesində iştirak etmək;
Təchizat prosesinin təsdiq edilmiş iş qrafikinə uyğun icrasını izləmək;
Material və avadanlıqların çatdırılma vəziyyətinə nəzarət etmək, gecikmələrin qarşısının
alınması üçün müvafiq tədbirlər görmək;
Anbar, logistika və digər
aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
Təchizat sənədlərinin
(Invoice, Packing List, MTC və s.) düzgünlüyünü və tamlığını yoxlamaq;
Təchizatçıların fəaliyyətini qiymətləndirmək və onların performans göstəricilərini
izləmək;
Satınalma prosesinin təsdiq edilmiş büdcəyə uyğun həyata
keçirilməsinə nəzarət etmək;
Alınan məhsul və avadanlıqların keyfiyyət və
texniki tələblərə uyğunluğunun təmin edilməsində iştirak etmək;
Sifarişçi
və layihə komandası ilə effektiv koordinasiya aparmaq;
Satınalma
fəaliyyəti üzrə aylıq və dövri hesabatlar hazırlamaq.
Tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 3–5
il iş təcrübəsi;
Microsoft Office proqramlarında (xüsusilə Excel) sərbəst
işləmək bacarığı;
1C proqramı ilə işləmək
bacarığı;
Azərbaycan dilini sərbəst, ingilis dilini minimum B1
səviyyəsində bilmək;
Satınalma və təchizat prosesləri üzrə normativ
sənədlər və prosedurlar haqqında bilik;
Məsuliyyətli, dəqiq, təşəbbüskar
və komanda ilə işləmək bacarığı;
Dinamik iş mühitində operativ qərarvermə
və yüksək kommunikasiya bacarığı;
Güclü analitik düşüncə, detallara
diqqət və problem həll etmə bacarığı.
İş şəraiti
İş qrafiki: Həftədə 5 iş günü, 2 gün istirahət;
İş yeri: Bakı şəhəri;
Əmək haqqı: Müsahibə əsasında
müəyyən ediləcək.
Müvafiq tələblərə cavab verən namizədlər şəkilli CV-lərini mövzu hissəsində
"Satınalma üzrə Mütəxəssis" qeyd etməkləMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
