Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Tikinti layihələri üzrə texniki sənədləşmə işlərini həyata
keçirmək;
Layihə çertyojlarını və texniki sənədləri nəzərdən keçirmək,
uyğunluğunu yoxlamaq;
Tikinti-quraşdırma işlərinin həcmlərini hesablamaq
və smeta sənədlərini hazırlamaq;
Görülmüş işlər üzrə Forma-2 sənədlərini
hazırlamaq və podratçılardan daxil olan sənədləri yoxlamaq;
Faktiki iş
həcmlərini layihə və smeta göstəriciləri ilə müqayisə etmək;
Podratçı və
subpodratçıların təqdim etdiyi iş həcmlərinə və ödəniş sənədlərinə (hakediş) nəzarət etmək;
Satınalma sifarişlərinin, müqavilələrin və ödəniş sənədlərinin müvafiq prosedurlara
uyğunluğunu izləmək;
Texniki hesabatların, aktların və digər layihə
sənədlərinin hazırlanmasını təmin etmək;
Layihə rəhbərləri, sahə
mühəndisləri və digər struktur bölmələri ilə koordinasiyalı işləmək;
Texniki sənədlərin düzgün və vaxtında hazırlanmasını təmin etmək.
Namizədə tələblər
Memarlıq, inşaat mühəndisliyi və ya müvafiq mühəndislik ixtisası üzrə ali
təhsil;
Tikinti sahəsində texniki ofis və sənədləşmə üzrə minimum
3 il iş təcrübəsi;
Layihə çertyojlarını oxumaq və iş
həcmlərini hesablamaq bacarığı;
Smeta və Forma-2 sənədlərinin
hazırlanması üzrə praktiki təcrübə;
Podratçıların iş həcmlərinin və
ödəniş sənədlərinin yoxlanılması üzrə biliklər;
AutoCAD və MS
Office (xüsusilə Excel) proqramlarında işləmək bacarığı;
Analitik düşünmə, diqqətlilik, məsuliyyətlilik və komandada işləmək
bacarığı.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
