Vakansiya haqqında
Namizədə olan tələblər:
Ali təhsil;
Satınalma və tender sahəsində
minimum 3 il iş təcrübəsi olmalı;
Azərbaycan dili səlis, rus və ingilis
dilini əla səviyyədə bilməli;
“İncoterms” qaydaları üzrə biliklərə sahib
olmalı;
Elektron hökümət portalı ilə işləyə bilmə
bacarığı;
Ofis proqramlarını yaxşı səviyyədə
bilməli,
Bazar araşdırması etməyi bacarmalı.
Vəzifə öhdəlikləri:
Bazarın təhlili, tələb olunan materialların xarici bazarda araşdırılması, təchizatçı
bazasının hazırlanması və təhlil edilməsi;
Satınalma sifarişlərinin idarə
edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin
bağlanması);
Satınalmanın daxili prosedura uyğun təşkili, son
istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına
uyğun şəkildə vaxtında və sərfəli satın alınması;
Sifarişçi və ya
son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm
görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə
edilməsi;
Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI)
hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və
danışıqların aparılması, tələb olunarsa, daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin
keçirilməsi;
Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən
etmək üçün qiymətlərin, texniki şərtlərin və çatdırılma tarixlərinin müqayisə edilməsi;
Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişlərin nəzərdən
keçirilməsi;
Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və
şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan
tələblərə cavab verib-verməməsi, şirkətin tenderlərdə iştirak imkanları haqqında ilkin analizin aparılması və
rəhbərliyin məlumatlandırılması;
Tələb olunan sənədlərin və
məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim
edilməsi;
Tender sənədlərinin təmin edilməsi üçün struktur bölmələrlə
düzgün koordinasiyanın təmin edilməsi;
Tender sənədlərinin təhlili zamanı
meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi, yazışmaların və
danışıqların aparılması;
Tender təklifinin hazırlanması zamanı və təklif
təqdim edildikdən sonra qiymətləndirmə müddətində
Tender
Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının
təmin olunması;
Tender prosesi zamanı şirkətin təmsil
olunması;
Tender proseslərinin gedişatı və nəticələri haqqında illik və
aylıq hesabatların hazırlanması;
Müqavilələrin hazırlanmasının
təşkili, müqavilə və ödəniş şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması, hesabatların hazırlanması
və təqdim edilməsi.
İş şərtlərimiz:
Əmək haqqı: Müsahibə əsasında;
İş
qrafiki: Tam iş günü (5 gün);
İş saatları:
08:30-17:30;
İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə
üzbəüz (Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı);
Servis
xidməti.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu
hissəsinə “Xarici Satınalma və Tender Mütəxəssisi” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
