Vakansiya haqqında
Honours Academy, Honours Language Institute və Honours Coffee brendləri üçün mətnlər
hazırlayacaq, sayt məzmununu idarə edəcək Copywriter / Content Writer axtarırıq. Bu rolda əsas məsuliyyətiniz
brendlərin mesajlarını aydın və düzgün çatdırmaq, araşdırmaya əsaslanan faydalı məzmun hazırlamaq və rəqəmsal
mənbələrdə etibarlı təqdimatını dəstəkləmək olacaq. İşin əsas istiqamətlərindən biri Honours Academy-nin sayt
məzmununun və AI visibility — süni intellekt əsaslı axtarış və cavab sistemlərində görünürlüyünün inkişaf
etdirilməsidir.
Əsas vəzifələr:
Kontent strategiyasına uyğun sayt, sosial media, reklam və video mətnləri
hazırlamaq;
Təlim proqramları üçün təqdimat səhifələri, məqalələr,
tez-tez verilən suallar, ekspert materialları və tələbə uğur hekayələri yazmaq;
Auditoriyanın axtardığı sualları araşdırmaq və həmin suallara aydın, dolğun cavab verən məzmun
hazırlamaq;
Təlimçi və ekspertlərdən məlumat toplamaq, texniki məzmunun
müvafiq ekspert tərəfindən yoxlanmasını koordinasiya etmək;
Faktları,
adları, nəticələri və istinadları yoxlamaq, təsdiqlənməmiş iddiaların yayımlanmasının qarşısını
almaq;
SEO və AI visibility məqsədlərinə uyğun başlıq strukturu, qısa
izahlar, sual-cavab bölmələri və mənbə istinadları hazırlamaq;
Hazırlanmış məzmunu saytın idarəetmə panelində yerləşdirmək, formatlaşdırmaq və daxili
keçidləri əlavə etmək;
Mövcud sayt məzmununu mütəmadi nəzərdən keçirmək,
köhnəlmiş məlumatları yeniləmək;
SMM mütəxəssisləri və Content Strategist
& Creative Producer ilə video ssenariləri, müsahibə sualları və paylaşım mətnləri üzərində
işləmək;
Hər brendin auditoriyasına və üslubuna uyğun dil seçmək,
mətnlərdə ardıcıllığı qorumaq;
Xarici platformalarda və tərəfdaş
mənbələrdə istifadə üçün brend təqdimatları və məlumat materialları hazırlamaq;
Marketing Lead ilə məzmunun nəticələrini nəzərdən keçirmək və təkmilləşdirmə təklifləri
vermək;
Namizədə tələblər:
Copywriting, məqalə yazılması və ya redaktə üzrə praktik
təcrübə;
Azərbaycan dilində yüksək səviyyədə yazı və redaktə
bacarığı;
İngilis dilində mənbələri araşdırıb anlamaq
bacarığı;
Mürəkkəb mövzuları sadə, dəqiq və oxunaqlı formada izah etmək
bacarığı;
Etibarlı mənbələri seçmək, faktları yoxlamaq və istinadlarla
işləmək bacarığı;
Reklam mətni, məlumatlandırıcı məqalə və video
ssenarisinin fərqli tələblərini anlamaq;
SEO əsasları, axtarış niyyəti və
sayt məzmununun strukturlaşdırılması haqqında bilik;
Saytın idarəetmə
panelində məzmun yerləşdirmək və formatlaşdırmaq bacarığı;
AI
alətlərindən araşdırma və mətn hazırlığına dəstək üçün istifadə etmək, nəticələri müstəqil yoxlamaq və redaktə etmək
bacarığı;
Planlı işləmək, geribildirimi tətbiq etmək və son tarixlərə
riayət etmək;
Şəxsi rolunu göstərən yazı nümunələri və ya
portfolio.
Üstünlük veriləcək:
AI visibility və GEO istiqamətində praktik iş və ya araşdırma
təcrübəsinə;
İngilis dilində peşəkar mətn hazırlamaq
bacarığına;
Google Search Console və məzmun analitikası ilə
tanışlığa;
İş qrafiki:
Həftədə 5 iş günü və 2 istirahət günü;
Əsas iş saatları: 10:00–19:00;
İş və istirahət
günləri çəkiliş, tədbir və layihə planına uyğun müəyyən edilir. Şənbə və bazar günləri iş günü ola bilər; bu halda
istirahət günləri həftəiçinə təyin edilir;
Çəkiliş və tədbirlərin
vaxtından asılı olaraq iş saatlarında dəyişiklik edilə bilər. Qrafik və dəyişikliklər əməkdaşla əvvəlcədən
paylaşılır.
Əməkhaqqı:
Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma
əsasında müəyyən ediləcəkdir.
CV, qısa motivasiya məktubu və portfolio linkinizi mövzu hissəsində “Copywriter / Content
Writer” qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Portfolioda təqdim etdiyiniz mətnlərdə araşdırma, yazı və redaktə üzrə şəxsi rolunuzu
qısa şəkildə qeyd edin.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
