Vakansiya haqqında
Vəzifə
öhdəlikləri:
Şirkətin struktur bölmələrinin fəaliyyətinin təftişini həyata keçirmək və nəticələri
qüvvədə olan daxili sənədləşmələrə əsasən rəsmiləşdirmək;
Obyektlərdə
olunan təftiş nəticələrinə əsasən Satış təmsilçilərinin debitor borclarının müqayisəsini
aparmaq;
İşdən çıxan əməkdaşlara təhkim olunmuş inventarları təhvil-qəbul
aktı əsasında təhvil almaq və rəsmiləşdirmək;
Audit şöbəsinin
əməkdaşlarının vaxtaşırı qiymətləndirilməsi, iş prinsiplərinə nəzarət edilməsi;
Rəhbərliyin göstərişinə əsasən xüsusi obyektlərdə və sahələrdə növbədənkənar təftişlər
keçirmək və nəticələri rəsmiləşdirmək;
Təsdiq olunmuş plana müvafiq
olaraq müəssisə bölmələrində bütünlüklə yoxlama və təftişlər aparmaq;
Müəssisənin əsas vəsaitlərinin bütövlüyünü və səmərəli istifadəsini
yoxlamaq;
Müəssisənin daxili ehtiyatlarını aşkara çıxarmaq və onların
səmərəli istifadə olunması yollarını müəyyənləşdirmək;
Namizədə
tələblər:
Ali təhsil (Hüquq, maliyyə, iqtisadiyyat və ya idarəetmə ixtisasları
üzrə);
Müvafiq sahə üzrə ən azı 5 il iş stajı;
Yaş həddi: 35-50
Microsoft Office, 1C
8.3v proqramından sərbəst istifadə bacarığı;
Konfliktlərin
idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları;
Azərbaycan dilində
sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzuolunandır).
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilikləri üzrə biliklər;
İş şəraiti:
İş qrafiki: 1-6 günlər
Əmək haqqı: 3000
Azn
İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev
küçəsi,döngə 9/21D
Nahar və korporativ nömrə şirkət tərəfindən
təmin olunur.
Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına
mövzu hissədə vəzifə adını – “Audit şöbə müdiri” yazmaqla müraciət edilir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
