Vakansiya haqqında
Vəzifə öhdəlikləri
İşçilərə işə başlamazdan əvvəl əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə
gündəlik təlimatların keçirilməsinə nəzarət etmək, müvafiq sənədləri toplamaq və qeydiyyatını
aparmaq;
Yeni işə qəbul olunan əməkdaşlara əməyin mühafizəsi və texniki
təhlükəsizlik qaydaları üzrə ilkin təlimat keçmək və qeydiyyat jurnallarını aparmaq;
İstehsalat qəzaları zamanı zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsində və hadisələrin
araşdırılmasında iştirak etmək;
Elektrik əl alətlərinin, yükqaldırma
ləvazimatlarının, yanğınsöndürmə balonlarının və hidrantların texniki vəziyyətini yoxlamaq, aşkar edilmiş
uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
İşçilərin fərdi
mühafizə vasitələrindən (FMV) düzgün istifadə etmələrinə və təhlükəsizlik qaydalarına əməl etmələrinə nəzarət
etmək;
Təhlükəli ərazilərin xəbərdaredici nişanlarla işarələnməsini,
təmir sahələrinin təhlükəsizlik lentləri ilə ayrılmasını və məlumatlandırıcı lövhələrin yerləşdirilməsini təmin
etmək;
Əməyin mühafizəsi, istehsalat sanitariyası, yanğın təhlükəsizliyi
və ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək;
İş yerlərində aşkar edilmiş təhlükəli vəziyyətləri və uyğunsuzluqları sənədləşdirmək, onların
aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini izləmək;
Təhlükəsizlik qaydalarını pozan əməkdaşlarla bağlı xəbərdarlıq formalarını tərtib
etmək;
Müəssisədə təşkil olunan SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi
və Ətraf Mühit) yürüşlərində iştirak etmək;
Zavodu ziyarət edən qonaqlara
təhlükəsizlik təlimatı vermək və onları zəruri fərdi mühafizə vasitələri ilə təmin etmək;
Görülmüş işlər və aşkar edilmiş uyğunsuzluqlar barədə hesabatlar hazırlamaq.
Namizədə tələblər
Ali təhsil;
Müvafiq sahədə minimum 1 il
iş təcrübəsi;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat
sanitariyası və yanğın təhlükəsizliyi norma və qaydalarını bilmək;
Azərbaycan Respublikasının əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində
qanunvericiliyi barədə məlumatlı olmaq;
OHSAS 18001, ISO 14001 və digər
müvafiq beynəlxalq standartlar haqqında biliklərə malik olmaq;
Müəssisədaxili intizam qaydalarını, prosedur və formaları bilmək;
Rus, türk və ingilis dillərini bilmək üstünlükdür;
MS Office proqramlarında işləmək bacarığı;
Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı.
İş şəraiti
İş qrafiki: 3 növbə
İş yeri: Azertexnolayn MMC, Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1
Sumqayıt Kimya Sənayə Parkı
Nahar və servis şirkət tərəfindən təmin
olunur.
Maraqlanan namizədlərMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına “SƏTƏM
Məsləhətçi” başlığı ilə CV göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
