Vakansiya haqqında
Təsvir
Dövlət qurumlarında İT idarəetməsi, rəqəmsal transformasiya və informasiya
sistemləri üzrə mövcud vəziyyətin təhlili və qiymətləndirilməsi;
Qiymətləndirmə nəticələri əsasında çatışmazlıqların və risklərin müəyyən edilməsi,
təkmilləşdirmə üzrə tövsiyələrin hazırlanması;
Tövsiyələr və
təkmilləşdirmə tədbirlərinin icra vəziyyətinin monitorinqi və nəticələr üzrə hesabatlılığın təmin
edilməsi;
Dövlət qurumlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikası və
rəqəmsal yetkinlik göstəricilərinin qiymətləndirilməsi;
Qiymətləndirmə və
diaqnostika nəticələri üzrə analitik hesabatların, təqdimatların və fəaliyyət planlarının
hazırlanması;
Dövlət informasiya ehtiyatları və sistemləri, habelə
elektron xidmətlərlə bağlı layihələrin texniki və səmərəlilik baxımından məqsədəuyğunluğunun
qiymətləndirilməsi;
Reyestrlərə (İESR, EXR və s.) qeydiyyat prosesinin
həyata keçirilməsi;
İT sahəsində tətbiq edilən siyasət, prosedur,
standart və digər idarəetmə sənədlərinin təhlili, habelə hazırlanması;
Elektron xidmətlərin funksional tələblərə uyğunluğunun yoxlanılması, habelə istifadəçi
təcrübəsinin qiymətləndirilməsi.
Normativ sənədlərin hazırlanmasında
iştirak edilməsi;
Beynəlxalq standartlar və qabaqcıl təcrübələr əsasında
qiymətləndirmə metodologiyalarının və meyarlarının hazırlanması və təkmilləşdirilməsi;
Dövlət qurumları ilə görüşlərin və müzakirələrin keçirilməsi, təqdim edilən məlumatların və
təsdiqedici sənədlərin təhlil edilmədi;
Hesabatlılığın təmin
edilməsi;
Digər zəruri tapşırıqlar üzrə müvafiq araşdırmaların
aparılması.
Tələblər
İT idarəetməsi, İT auditi, İT risklərinin idarə edilməsi və ya informasiya
sistemlərinin qiymətləndirilməsi sahəsində minimum 2 il iş təcrübəsi;
İnformasiya texnologiyaları, kompüter elmləri, informasiya sistemləri və ya əlaqəli ixtisaslar
üzrə ali təhsil;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi
ünsiyyət, ingilis dilində texniki sənədlərlə işləmək bacarığı;
Rəqəmsal
transformasiya, İT strategiyası və rəqəmsal yetkinliyin qiymətləndirilməsi yanaşmaları üzrə
biliklər;
Elektron xidmətlərin və informasiya sistemlərinin texniki
qiymətləndirilməsi və təhlili bacarığı;
Biznes proseslərinin təhlili,
modelləşdirilməsi və avtomatlaşdırılması üzrə biliklər;
İnformasiya
təhlükəsizliyi, ehtiyat nüsxələmə, fəlakətdən bərpa və fəaliyyətin fasiləsizliyi prinsipləri üzrə
biliklər;
İT risklərinin qiymətləndirilməsi, daxili nəzarət mexanizmləri
və uyğunluq tələbləri üzrə biliklər;
İT xidmətlərinin, dəyişikliklərin,
insidentlərin və İT aktivlərinin idarə edilməsi prosesləri üzrə biliklər;
İnformasiya sistemlərinin arxitekturası, verilənlər bazaları, API, sistemlərarası inteqrasiya
və bulud texnologiyaları üzrə texniki biliklər;
COBIT, ITIL, ISO/IEC
38500, ISO/IEC 27001 və ISO 31000 standartları və çərçivələri üzrə biliklər;
Elektron xidmətlər üzrə istifadəçi təcrübəsinin qiymətləndirilməsi və funksional tələblərə
uyğunluğun yoxlanılması bacarığı;
Dövlət qurumları və digər aidiyyəti
subyektlərlə rəsmi və işgüzar danışıqların (habelə yazışmaların) aparılması qabiliyyəti və Elektron sənəd dövriyyəsi
sistemindən istifadə təcrübəsi;
MS Excel, PowerPoint və digər ofis
proqramlarından sərbəst istifadə bacarığı;
Analitik təhlil,
qiymətləndirmə hesabatlarının hazırlanması və əsaslandırılmış tövsiyələrin formalaşdırılması
bacarığı;
Proaktivlik və müstəqil işləmə qabiliyyəti.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
