Vakansiya haqqında
“Baku Aqro Az” MMC istixana və kənd təsərrüfatı sahəsində mühasibat
uçotu üzrə bilik və təcrübəsi olan namizədləri Mühasib vəzifəsinə dəvət edir.
Vəzifə öhdəlikləri:
Mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun
aparılması;
İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və
sistemləşdirilməsi;
Məhsul istehsalı, yığımı, satışı və material
sərfiyyatı üzrə uçotun aparılması;
İstixana və kənd təsərrüfatı
fəaliyyəti ilə bağlı xərclərin, gəlirlərin və məhsul qalıqlarının uçotuna nəzarət;
Anbar əməliyyatlarının, materialların mədaxil və məxaricinin uçotunun
aparılması;
Əməkhaqqı hesablamalarının və bank əməliyyatlarının həyata
keçirilməsi;
Vergi və digər maliyyə hesabatlarının hazırlanmasında
iştirak;
Debitor və kreditor borclarının izlənilməsi və müvafiq
hesabatların hazırlanması.
Namizədə tələblər:
Mühasibatlıq və ya maliyyə sahəsi üzrə ali və ya orta ixtisas
təhsili;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
İstixana və kənd təsərrüfatı sahəsində mühasibat uçotu üzrə bilik və təcrübəyə üstünlük
verilir;
Vergi və mühasibat uçotu qanunvericiliyi üzrə
biliklər;
1C və MS Excel proqramlarında işləmək
bacarığı;
Məhsul, material, anbar və istehsal xərclərinin uçotu üzrə
biliklər;
Dəqiqlik, məsuliyyətlilik və analitik düşüncə
qabiliyyəti.
İş şəraiti:
İşəgötürən: “Baku Aqro Az” MMC
İş yeri: Bakı şəhəri
İş
qrafiki: Həftənin 5 günü, saat 09:00–18:00
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında
müəyyən edilir.
Rəsmi əmək müqaviləsi və peşəkar iş
mühiti.
Müraciət etmək istəyənlər CV-ni “Mühasib” başlığı iləMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
