Vakansiya haqqında
Şirkətimizə mühasibatlıq və maliyyə əməliyyatlarının aparılması, sənədləşmə və maliyyə
hesabatlarının hazırlanması üzrə təcrübəli xanım mühasib axtarılır.
Vəzifə öhdəlikləri
1C mühasibatlıq proqramında mühasibat əməliyyatlarının
aparılması;
Alış və satış əməliyyatlarının, mal və materialların
hərəkətinin mühasibat uçotunda əks etdirilməsi;
Elektron
qaimə-fakturaların, hesab-fakturaların, müqavilələrin, təhvil-təslim aktlarının və digər ilkin mühasibat
sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;
Anbar uçotunun aparılması
və malların maya dəyərinin hesablanması;
Bank əməliyyatlarının, ödəniş
tapşırıqlarının və kassa əməliyyatlarının uçotunun aparılması;
Yerli və
xarici təchizatçılarla hesablaşmaların izlənilməsi və ödənişlərin vaxtında həyata keçirilməsinin təmin
edilməsi;
Vergi, sosial sığorta və digər məcburi ödənişlərlə bağlı
sənədlərin hazırlanmasında iştirak etmək;
Aylıq və illik maliyyə
hesabatlarının hazırlanması;
Debitor və kreditor borclarının izlənilməsi
və üzləşmə aktlarının hazırlanması;
Mühasibat sənədlərinin düzgünlüyünə,
tamlığına və vaxtında rəsmiləşdirilməsinə nəzarət etmək;
Mühasibat
sənədlərinin arxivləşdirilməsi və müvafiq qaydada saxlanılması.
Namizədə tələblər
Xanım namizəd
Mühasibatlıq və maliyyə
sahəsində müvafiq təhsil və iş təcrübəsi;
1C mühasibatlıq proqramı üzrə
praktiki biliklər;
Elektron qaimə-faktura, hesab-faktura, müqavilə və
digər mühasibat sənədlərinin hazırlanması üzrə təcrübə;
Vergi
qanunvericiliyi və mühasibat uçotu qaydaları barədə biliklər;
Bank
əməliyyatları, təchizatçılarla hesablaşmalar və anbar uçotu üzrə biliklər;
MS Excel və digər ofis proqramlarında işləmək bacarığı;
Dəqiqlik, məsuliyyətlilik, operativlik və analitik düşünmə qabiliyyəti;
Komandada işləmək və iş prosesini müstəqil təşkil etmək bacarığı.
Əmək haqqı: 1000 Azn net
CV-ləriniziMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu
hissəsində "Mühasib" qeyd olunmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
