Vakansiya haqqında
Vəzifə Haqqında:
Biz, şirkətimizin maliyyə idarəsini gücləndirəcək, analitik düşüncəsi və təşəbbüsü
ilə fərq yaradacaq Maliyyə Mütəxəssisi axtarırıq! Bu rolda siz büdcə planlamasından maliyyə
axınının idarəsinə qədər bütün proseslərdə aktiv iştirak edəcəksiniz. Əgər rəqəmlərlə işləməyi sevir və şirkətin
uğuruna töhfə vermək istəyirsinizsə, bu vəzifə sizin üçündür!
Əsas Vəzifələr:
Aylıq və rüblük maliyyə hesabatlarının hazırlanmasında iştirak
etmək.
Təşkilati bölmələr üzrə büdcə performansını izləmək, fərqləri
analiz etmək və aylıq hesabatlar hazırlamaq.
Satınalma sorğularının
təsdiqlənmiş büdcəyə uyğunluğunu yoxlamaq.
Pul axını planlaması aparmaq
və şirkətin debitor borclarını izləmək.
Analitik maliyyə dəstəyi təmin
etmək və aidiyyəti hesabatları rəhbərliyə təqdim etmək.
Tələblər:
Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya əlaqəli sahədə bakalavr
dərəcəsi
Büdcə və maliyyə sahəsində minimum 2 il iş
təcrübəsi
Maliyyə və ya idarəetmə mühasibatlığı üzrə sertifikatlar arzu
ediləndir.
MS Excel üzrə yüksək bacarığı.
Güclü analitik düşüncə və diqqətlilik
Türk və
İngilis dili bilikləri üstünlükdür.
CV-nizMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına “Maliyyə üzrə Mütəxəssis” başlığı ilə
göndərin.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
