Vakansiya haqqında
Təsvir
Bankın tərəf qismində çıxış etdiyi müvafiq məhkəmə qərarlarının, notariat icra
qeydlərinin, arbitraj qərarlarının və digər səlahiyyətli orqanların qərarının icrasını təmin etmək üçün effektiv
addımların atılması;
İcra qurumları, borclular, icra edilməli olan
qərarlar üzrə tərəflərlə münasibətlərin effektiv formada qurulması;
Borclular tərəfindən ödənişlərin vaxtında və lazımı qaydada yerinə yetirilməsinin təmin
edilməsi üçün müvafiq addımların atılması;
Bankın qeyri-işlək kredit
portfeli üzrə icra mərhələsində olan işlər üzrə yığımın edilməsinin təmin edilməsi;
Axtarışda olan işlərlə bağlı daxili işlər orqanları və digər hüquq mühafizə orqanları ilə
münasibətdə Bankın maraqlarını təmsil edək zəruri addımların atılması;
İcraatda olan işlərlə bağlı banka daxil olmuş vəsaitlərin aidiyyatı üzrə köçürülməsi üçün
müvafiq hərəkətlərin yerinə yetirilməsi;
Bankın müxtəlif struktur
bölmələrindən daxil olan sorğuların hüquqi ekspertizasının aparılması, hüquqi rəylərin
verilməsi;
İcra mərhələsində olan işlərlə bağlı dəqiq və aktual məlumat
bazasının yaradılmasını, mütəmadi olaraq yenilənməsinin təmin edilməsi;
İcra portfelində olan işlərlə bağlı müvafiq olaraq tələb olunan hesabatların hazırlanmasını və
təqdim edilməsinin təmin edilməsi;
Müxtəlif məsələlərlə əlaqədar bankın
səlahiyyətləri qərarvermə orqanlarının qərarlarının icrası üçün zəruri addımların atılmasının təmin
edilməsi;
Mövcud hüquqi tənzimlənməni təmin etmək üçün qanunvericiliyə
təkliflərin hazırlanması, müvafiq struktur bölmələr tərəfindən hazırlanan təkliflərə hüquqi rəylərin
verilməsi;
Dövlət və qeyri-dövlət orqanlarından daxil olan sorğuların
cavablandırılması, bununla bağlı zəruri hərəkətlərin yerinə yetirilməsi;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər
Təhsil: Hüquq sahəsində ali təhsil (bakalavr);
Tələb olunan iş təcrübəsi: 1-2 il iş təcrübəsi;
Xarici dillər: İngilis (səlis);
Kompüter bilikləri:
Microsoft Office.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət
et düyməsində qeyd
olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
