Vakansiya haqqında
ARASH Companykomandasına
texniki düşüncəyə, problem həll etmə bacarığına və müştərilərlə peşəkar ünsiyyət qurmaq qabiliyyətinə
malikServis Mühəndisiaxtarır.
Bu vəzifə tibbi, estetik, dermatoloji və
stomatoloji avadanlıqların quraşdırılması, texniki xidməti, diaqnostikası və təmirini əhatə edir. Servis Mühəndisi
əsasən müştəri ünvanlarında fəaliyyət göstərəcək, texniki problemləri yerində müəyyən edib aradan qaldıracaq, eyni
zamanda xarici istehsalçıların texniki komandaları ilə birbaşa əməkdaşlıq edəcək.
Texnologiyaya marağın varsa, texniki
problemləri həll etməyi sevirsənsə və beynəlxalq istehsalçılarla işləyərək mühəndis kimi inkişaf etmək istəyirsənsə,
səni komandamızda görməkdən məmnun olarıq.
Əsas vəzifələr
Tibbi, estetik, dermatoloji və
stomatoloji avadanlıqların quraşdırılması və istismara verilməsi;
Müştəri ünvanlarında avadanlıqların texniki
diaqnostikası və təmirinin həyata keçirilməsi;
Planlı profilaktik texniki xidmətlərin həyata
keçirilməsi;
Avadanlıqlarda yaranan hardware və software problemlərinin müəyyən edilməsi və
aradan qaldırılması;
Nasaz ehtiyat hissələrinin və modulların müəyyən edilməsi və
dəyişdirilməsi;
Avadanlıqların kalibrasiyası, texniki göstəricilərinin və təhlükəsizlik
parametrlərinin yoxlanılması;
Müştərilərə məsafədən texniki dəstəyin
göstərilməsi;
Avadanlıqların düzgün istifadəsi və gündəlik texniki qulluq qaydaları üzrə
müştərilərə ilkin təlimlərin keçirilməsi;
Görülmüş işlərlə bağlı servis hesabatlarının və texniki sənədlərin
hazırlanması;
Texniki
problemlərin həlli məqsədilə xarici istehsalçıların mühəndisləri və texniki dəstək komandaları ilə ingilis dilində
yazılı və şifahi kommunikasiyanın aparılması;
İstehsalçıların texniki manual, servis təlimatları və digər texniki sənədləri
ilə işləmək;
Bakı və
Azərbaycanın digər bölgələrində müştəri ünvanlarına servis səfərlərinin həyata
keçirilməsi;
İl ərzində
ehtiyac yarandıqda xaricdə istehsalçıların texniki təlimlərində iştirak etmək.
Namizədə tələblər
Elektrik Mühəndisliyi, Elektronika
Mühəndisliyi, Mexatronika, Biotibbi Mühəndislik, Avtomatlaşdırma və İdarəetmə, Telekommunikasiya/Radio Mühəndisliyi
və ya digər uyğun texniki ixtisas üzrə ali və ya texniki təhsil;
Servis, texniki xidmət və ya mühəndislik sahəsində
1-2 il iş təcrübəsi üstünlük hesab olunur;
Güclü texniki biliklərə malik yeni məzunların müraciətləri də nəzərdən
keçiriləcək;
Tibbi
avadanlıqlarla iş təcrübəsi üstünlükdür, lakin mütləq tələb deyil;
Elektrik və elektronika üzrə baza
bilikləri;
Texniki
problemlərin sistemli şəkildə diaqnostikası və həlli bacarığı;
İngilis dili – minimum B2 səviyyəsi (mütləqdir);
Texniki sənədləri və servis manual-larını ingilis
dilində oxumaq və anlamaq bacarığı;
Rus dilini bilmək üstünlük hesab olunur;
B kateqoriyalı sürücülük vəsiqəsi (mütləqdir);
Azərbaycan daxilində ezamiyyətlərə və zərurət
yarandıqda xarici texniki təlimlərə hazır olmaq;
Müştərilərlə peşəkar ünsiyyət qurmaq bacarığı;
Məsuliyyətli, punktual və nəticəyönümlü
olmaq;
Müstəqil işləmək
və operativ qərar vermək bacarığı;
Öyrənməyə və yeni texnologiyaları mənimsəməyə yüksək
motivasiya.
İş şəraiti
İş qrafiki:Bazar ertəsi
– Cümə: 09:00 – 18:00
Şənbə:09:00 – 15:00
İş
yeri:ARASH Company, F. İbrahimbəyov küç. 19, Bakı və müştəri
ünvanları
İş rejimi:Tam ştat
Əməkhaqqı:800 AZN
NET
Sınaq müddəti:3 ay
Sınaq müddətində sabit əməkhaqqı ödənilir;
3 aylıq sınaq müddəti uğurla başa çatdıqdan sonra
sabit əməkhaqqına əlavə olaraq performansa əsaslanan bonus sistemi tətbiq olunur;
Servis səfərləri ilə əlaqədar yanacaq xərcləri
şirkət tərəfindən qarşılanır.
Biz nə təklif edirik?
Beynəlxalq tibbi avadanlıq istehsalçıları
ilə birbaşa işləmək imkanı;
İstehsalçıların yerli və xarici texniki təlimlərində
iştirak;
Xaricdə
keçirilən ixtisaslaşmış servis və mühəndislik təlimlərində iştirak perspektivi;
Praktiki olaraq müxtəlif və yüksək texnologiyalı
avadanlıqlarla işləmək imkanı;
Peşəkar inkişaf və karyera yüksəlişi;
Performansa əsaslanan bonus
sistemi;
İş üçün zəruri
texniki alətlər və avadanlıqlar;
İş üçün noutbuk;
Korporativ mobil nömrə;
Ofisdə ödənişsiz nahar;
Korporativ tədbirlər və komanda fəaliyyətləri.
Maraqlanan namizədlərdən
CV-ləriniMüraciət
etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərmələri xahiş
olunur.
Məktubun mövzu
hissəsində“Servis Mühəndisi”qeyd etməyiniz xahiş
olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
