Vakansiya haqqında
Grand Catering QSC vakansiya elan edir - Operator
axtarışındayıq.
Anbar və logistika sahəsində inkişaf etmək, məhsulların düzgün qəbulu, saxlanması və
uçotu proseslərində iştirak etmək və peşəkar komandada çalışmaq istəyən namizədləri komandamıza qoşulmağa dəvət
edirik.
Vəzifə öhdəlikləri:
Anbara daxil olan mal-materialların qəbulunu və sənədlər üzrə yoxlanılmasını həyata
keçirmək.
Mal-materialların miqdarını, çeşidini və nomenklaturasını
yoxlamaq.
Qəbul, təhvil-təslim, məxaric və digər anbar sənədlərinin
düzgün rəsmiləşdirilməsini təmin etmək.
Anbara daxil olan və anbardan
çıxarılan məhsullar barədə məlumatları müvafiq sistemə daxil etmək.
Anbar
qalığının gündəlik uçotunu aparmaq və məlumatların sistemdə düzgün əks olunmasını təmin etmək.
Mal-materialların müəyyən edilmiş qaydalara uyğun yerləşdirilməsini və saxlanılmasını təşkil
etmək.
Məhsulların çeşidlənməsi, markalanması və düzgün
ünvanlaşdırılmasına nəzarət etmək.
Anbardan mal-materialların
buraxılışını təsdiqedici sənədlər əsasında həyata keçirmək.
Sifarişlərə
uyğun olaraq məhsulların yığılması və aidiyyəti şəxslərə təhvil verilməsini təmin etmək.
Anbar üzrə inventarizasiya proseslərində iştirak etmək və faktiki qalıqların uçot məlumatları
ilə üzləşdirilməsini aparmaq.
Çatışmazlıq, artıqgəlmə, uyğunsuzluq və
zədələnmə halları barədə rəhbərliyə məlumat vermək.
Mal-materialların
saxlanma müddətlərinə və saxlanma şəraitinə nəzarət etmək.
Anbarın
səliqəli, təhlükəsiz və iş üçün yararlı vəziyyətdə saxlanılmasını təmin etmək.
Anbar əməliyyatları ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək.
Anbar üzrə sənədlərin və elektron məlumatların düzgün və vaxtında arxivləşdirilməsini təmin
etmək.
Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və daxili intizam
qaydalarına riayət etmək.
Rəhbərliyin səlahiyyətləri çərçivəsində verdiyi
digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
Ali təhsil
Anbar operatoru olaraq minimum
1 il iş təcrübəsi
Azərbaycan dili – əla
MS Office proqramlarında və 1C 8.3 işləmək bacarığı
Diqqətlilik və detallara yönümlülük
Məsuliyyətli və
operativ yanaşma
Sizə nə təklif edirik?
Şirkət tərəfindən təmin olunan nahar
Korporativ mobil nömrə və danışıq paketi
Peşəkar
inkişaf və karyera imkanları
Dinamik və inkişafyönümlü iş
mühiti
Ünvan: Bakı şəhəri, Nobel prospekti
Əmək haqqı: 800 AZN - NET
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
