Vakansiya haqqında
Vəzifənin məqsədi:
Şirkətin təmsil etdiyi brendlərin tanıtımını, məhsul və xidmətlərin təqdimatını
təmin etmək, izləyici kütləsini artırmaq və müştəri ilə rəqəmsal ünsiyyəti gücləndirmək.
Vəzifə Öhdəlikləri
Performance Marketinq: Meta Ads, Google Ads və TikTok reklam
kampaniyalarının strategiyasının qurulması, icrası, idarə edilməsi və optimizasiyası
Partnyor və Şəbəkə İdarəedilməsi: Diler, diler şəbəkələri və korporativ
partnyorlarla birgə rəqəmsal marketinq fəaliyyətlərinin, ortaq kampaniyaların və ko-branding layihələrinin
əlaqələndirilməsi və idarə olunması.
Büdcə Planlaması:
Aylıq və rüblük rəqəmsal reklam büdcələrinin planlaşdırılması, xərclərin bölgüsü, kanallar arası optimizasiyası və
effektivliyinin izlənilməsi.
Tədbir və Kampaniya Dəstəyi (Extra
Effort): Şirkətin iştirak etdiyi sərgilər, diler görüşləri, yeni məhsul təqdimatları və böyük satış
kampaniyaları (məsələn: Yeni il, Black Friday və s.) zamanı əlavə resurs və vaxt sərf edərək (extra effort) rəqəmsal
dəstəyin, xüsusi səhifələrin və reklamların vaxtında işə salınmasının təmin edilməsi.
Analitika və İzləmə: GA4, Google Tag Manager, Meta Pixel və Conversion API
inteqrasiyalarının qurulması, həmçinin Google Search Console vasitəsilə SEO performansının
izlənilməsi.
Metrik Nəzarəti: CTR, CPC, CPL, CPA, ROAS
və digər əsas performans göstəricilərinin gündəlik və aylıq izlənməsi, rəqabətli mühitdə Google Ads Auksion İnsights
analizi. Veb-sayt idarəetməsi ilə bağlı təcrübəyə sahib olmaq.
Auditoriya və Strategiya: Hədəf kütlələrin seqmentləşdirilməsi,
remarketing/retargeting kampaniyalarının təşkili və bazar tendensiyalarının təhlili.
Kreativ İdarəetmə: Kontent komandası üçün reklam yönümlü brieflərin
hazırlanması, veb-sayt və landing page-lərin optimizasiyası üzrə tövsiyələr.
Hesabatlılıq: Aylıq rəqəmsal marketinq hesabatlarının hazırlanması və
büdcənin effektivliyinin artırılması istiqamətində təkliflərin verilməsi.
Namizədə Tələblər
Marketinq sahəsində minimum 2il rəqəmsal üzrə minimum 1il praktiki iş
təcrübəsi (Middle səviyyəyə uyğun olaraq müstəqil qərar qəbul etmə və büdcə idarəetmə
bacarığı).
Meta Ads Manager və Google Ads platformalarında sərbəst,
peşəkar səviyyədə işləmə təcrübəsi.
B2B şəbəkələr, diler kanalları və ya
partnyor münasibətləri istiqamətində marketinq fəaliyyətlərinin idarə olunmasında təcrübə.
GA4, Google Tag Manager və Pixel/Conversion API quraşdırmalarında dərindən praktiki
biliklər.
Büdcə planlaması, xərclərin optimizasiyası və reklam
metriklərinin Excel / Google Sheets vasitəsilə analizi.
Çoxsaylı
layihələri idarə etmək bacarığı, intensiv iş qrafikinə və tədbir dövrlərində çevik (flexible/extra effort) iş
rejiminə uyğunlaşma.
Analitik düşüncə, detallara diqqət və nəticəyönümlü
yanaşma.
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, texniki
materialları oxumaq üçün səviyyədə İngilis dili.
E-commerce və B2B lead
generation layihələrində işləmiş olmaq (klimatik avadanlıqlar və ya texniki məhsul sektorunda təcrübə əlavə
üstünlükdür).
SEO prinsipləri və baza səviyyəsində optimizasiya
bilikləri.
Biz Nə Təklif Edirik?
Real və geniş miqyaslı Çin brendləri ilə B2B/B2C layihələr üzərində işləmək
imkanı.
Peşəkar inkişaf, rəqəmsal alətlər üzrə təlimlər və dinamik
öyrənmə mühiti.
Görülən işlərin nəticəsinə və performansa əsaslanan
inkişaf perspektivi.
Dinamik, səmimi və nəticəyönümlü komanda ilə işləmək
mühiti.
Korporativ nömrə şirkət tərəfindən təmin
edilir
Əyləncəli mühitdə team buildinglər
Əmək şəraiti:
5 günlük iş rejimi;
İstirahət günü: Bazar
günü.
Vəzifə üzrə əmək haqqı:
1200-1500 Azn
İş yeri:
Bakı şəhəri, Əhməd Rəcəbli (Aynalı Plaza)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
