Vakansiya haqqında
Vəzifə öhdəlikləri
SƏTƏM sənədlərinin, prosedurlarının hazırlanması, qeydiyyatı, yenilənməsi və
arxivləşdirilməsi;
Layihələrin xüsusiyyətlərinə və Sifarişçinin
tələblərinə uyğun SƏTƏM prosedurlarının hazırlanmasında iştirak etmək;
Mövcud SƏTƏM prosedurlarına dəyişikliklərin SƏTƏM meneceri ilə razılaşdırılaraq həyata
keçirilməsi;
SƏTƏM hesabatlarının və statistik məlumatların
hazırlanması;
İşçilərin SƏTƏM təlimlərinin, sertifikatlarının və tibbi
müayinə sənədlərinin uçotunun aparılması;
SƏTƏM üzrə reyestrlərin və
elektron məlumat bazalarının yenilənməsi;
Layihə ərazisinə daxil olacaq
işçilərin və texnikanın giriş icazələrinin alınması üçün Sifarişçi şirkətlə əlaqələndirmənin təmin
edilməsi;
İşçilərin və texnikanın əraziyə buraxılması üçün tələb olunan
sənədlərin hazırlanması və təqdim edilməsi;
Risk qiymətləndirmələri və
digər SƏTƏM sənədlərinin dövriyyəsinə inzibati dəstək göstərilməsi;
SƏTƏM
mühəndisləri və koordinatorları ilə sənədləşmə işlərinin əlaqələndirilməsi;
SƏTƏM sənədlərinin layihə və şirkətdaxili prosedurlara uyğunluğunun
izlənilməsi.
Şirkətin SƏTƏMM məqsəd və hədəflərinin həyata keçirilməsinə
dəstək göstərmək.
Tələblər
Ali və ya orta ixtisas təhsili;
Müvafiq
sahədə minimum 3 il iş təcrübəsi (tikinti və neft-qaz layihələrində təcrübə üstünlükdür);
SƏTƏM prosedurları və sənədləşmə tələbləri haqqında biliklər;
Layihələr üzrə SƏTƏM sənədlərinin hazırlanması və idarə olunması prinsiplərini
bilmək;
MS Office proqramlarını, xüsusilə Excel və Word proqramlarını
yaxşı bilmək;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət
bacarığı;
İngilis dili biliyi
mütləqdir;
Sənədləşmə, hesabatlılıq və təşkilatçılıq
bacarıqları;
Məsuliyyətlilik, dəqiqlik və komandada işləmək
bacarığı.
Məsuliyyətlilik, operativlik, analitik düşünmə və komanda ilə
işləmək bacarığı.
İş şəraiti
İş qrafiki: Həftədə 5 iş günü
Əmək
haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə nəticəsində müəyyən
ediləcək;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun
rəsmiləşdirmə;
Peşəkar inkişaf və karyera yüksəlişi
imkanları.
Müvafiq tələblərə cavab verən namizədlər şəkilli CV-lərini mövzu hissəsində
“SƏTƏMM Administratoru” qeyd etməkləMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
