Vakansiya haqqında
Vəzifə və öhdəliklər
Windows Server və Linux əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiyası,
yenilənməsi və gündəlik idarə olunmasını həyata keçirmək;
Active
Directory, DNS, DHCP, Group Policy və digər əsas infrastruktur servislərini konfiqurasiya etmək, idarə etmək və
dayanıqlı işini təmin etmək;
VMware vSphere/ESXi, vCenter, Hyper-V və
digər virtualizasiya platformalarında virtual maşınların yaradılması, konfiqurasiyası, resursların idarə olunması və
texniki problemlərin aradan qaldırılmasını həyata keçirmək;
Fiziki və
virtual serverlərin, sistem xidmətlərinin və infrastruktur komponentlərinin monitorinqini aparmaq, performans və
əlçatanlıq problemlərini analiz etmək;
Sistemlərdə yaranan insidentləri
müstəqil şəkildə araşdırmaq, root cause təhlili aparmaq və uyğun həll yollarını tətbiq etmək;
Server, storage, SAN, backup və virtualizasiya sistemlərinin inteqrasiyası və texniki idarə
olunması üzrə işləri həyata keçirmək;
Yeni sistem və xidmətlərin mövcud
İT infrastrukturuna inteqrasiyasını planlamaq və icra etmək;
Backup və
restore proseslərinin düzgün işləməsinə nəzarət etmək, bərpa testlərini həyata keçirmək və nasazlıqların aradan
qaldırılmasını təmin etmək;
TCP/IP, DNS, VLAN, routing və digər əsas
şəbəkə prinsiplərindən istifadə etməklə server və xidmətlərin bağlantı problemlərini analiz
etmək;
Sistem resurslarının, logların, xidmətlərin və performans
göstəricilərinin monitorinqini və ilkin analitik qiymətləndirilməsini aparmaq;
Mövcud infrastrukturun inventarlaşdırılması, texniki sənədləşmənin və sistem
konfiqurasiyalarının aktual saxlanılmasını təmin etmək;
İnfrastruktur
dəyişikliklərini planlamaq, change proseslərində iştirak etmək və həyata keçirilən dəyişiklikləri
sənədləşdirmək;
Şəbəkə, informasiya təhlükəsizliyi, tətbiq və digər
texniki komandalarla koordinasiyalı şəkildə işləmək;
Sistem
inteqrasiyası, miqrasiya, modernizasiya, yenilənmə və yeni infrastruktur layihələrinin texniki icrasında iştirak
etmək;
Kiçik həcmli texniki işləri və tapşırıqları müstəqil şəkildə
planlamaq və icra etmək;
İT təhlükəsizliyi üzrə daxili qayda, standart və
prosedurlara riayət etmək.
Tələblər
Təhsil:
İnformasiya texnologiyaları, kompüter mühəndisliyi, sistem mühəndisliyi və ya
əlaqəli ixtisas üzrə ali təhsil.
Təcrübə:
Sistem inzibatçılığı, sistem mühəndisliyi və ya sistem inteqrasiyası sahəsində ən
azı 2–3 il praktiki iş təcrübəsi.
Texniki bacarıqlar:
Windows Server mühitlərinin quraşdırılması, konfiqurasiyası və idarə olunması üzrə
praktiki təcrübə;
Active Directory, DNS, DHCP və Group Policy
xidmətlərinin idarə olunması və troubleshooting bacarığı;
VMware
vSphere/ESXi, vCenter və ya Hyper-V platformalarında praktiki iş təcrübəsi;
TCP/IP, IP ünvanlama, subnetting, VLAN, routing, DNS və əsas şəbəkə protokolları üzrə yaxşı
bilik;
Server, storage, SAN və backup infrastrukturu üzrə praktiki
anlayış;
Backup, restore və disaster recovery prinsipləri üzrə bilik və
praktiki təcrübə;
Windows və Linux sistemlərində troubleshooting
bacarığı;
Sistem loglarının və monitorinq məlumatlarının təhlili
bacarığı;
İnfrastruktur insidentlərinin araşdırılması və root cause
analysis yanaşması üzrə təcrübə;
Texniki sənədlərin, prosedurların,
change qeydlərinin və konfiqurasiya sənədlərinin hazırlanması bacarığı;
Üstünlük sayılır
VMware vSphere, vCenter, HA, DRS və digər virtualizasiya komponentləri üzrə praktiki
təcrübə;
Veeam Backup & Replication və ya digər backup həlləri ilə
praktiki iş təcrübəsi;
HPE, Dell, Lenovo və ya digər istehsalçıların
server və storage sistemləri ilə iş təcrübəsi;
SAN, FC, iSCSI və storage
təqdimatı üzrə baza və ya praktiki biliklər;
Linux serverlərin
quraşdırılması və idarə olunması üzrə praktiki təcrübə;
PowerShell, Bash
və ya digər skript dilləri ilə avtomatlaşdırma təcrübəsi;
Zabbix,
Grafana, Graylog və ya digər monitorinq və log idarəetmə sistemləri ilə iş təcrübəsi;
Microsoft, VMware, Red Hat və ya digər müvafiq İT sertifikatlarının
olması;
Sistem miqrasiyası, virtualizasiya, data center və ya
infrastruktur modernizasiya layihələrində iştirak etmiş olmaq;
Ticketing
və change management prosesləri ilə iş təcrübəsi.
Tələb olunan səriştələr
Texniki problemləri müstəqil şəkildə analiz etmək və həll yolları formalaşdırmaq
bacarığı;
Güclü analitik və məntiqi düşünmə
qabiliyyəti;
Root cause analysis yanaşması;
Prioritetləri düzgün müəyyən etmək və bir neçə texniki tapşırığı paralel idarə etmək
bacarığı;
Məsuliyyətlilik, operativlik və detallara
diqqət;
Komandada işləmək və digər texniki komandalarla effektiv ünsiyyət
qurmaq bacarığı;
Texniki qərarları əsaslandırmaq və düzgün şəkildə
sənədləşdirmək bacarığı;
Yeni texnologiyaları sürətlə mənimsəmək və
praktiki tətbiq etmək bacarığı;
Əmək haqqı: Müsahibə zamanı təyin
olunacaq
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
