Vakansiya haqqında
Vision Academy tərəfindən təşkil olunan 3 aylıq Əməliyyatçı-Mühasib Peşə
Hazırlığı Proqramına qeydiyyat davam edir
1) Kimlər müraciət edə bilər?
Hal-hazırda tələbə olmayan və işsiz şəxslər.
Yaş həddi: 21-30.
Sahibkarlıq fəaliyyəti ilə məşğul
olmayan namizədlər.
Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə
yerinə yetirən şəxslər.
Mühasibat sahəsində biliklərini artırmaq və
praktiki təcrübə qazanmaq istəyənlər.
Ali təhsilli şəxslər və karyerasını
mühasibat və maliyyə sahəsində qurmaq istəyənlər.
Aktiv və
məsuliyyətli gənclər.
2) Peşə Hazırlığı Proqramında keçirilən əsas mövzuları sizə təqdim
edirik:
Mühasibat Uçotunun Əsasları və Maliyyə Sənədləşməsi:
Mühasibat uçotunun əsas prinsipləri və uçot siyasəti;
İlkin uçot sənədlərinin hazırlanması və işlənməsi
Hesabatların hazırlanması və yoxlanılması.
Əməliyyatların uçota alınması (pul, mal, xidmət əməliyyatları).
Maliyyə sənədlərinin düzgün tərtibi, saxlanılması və arxivləşdirilməsi;
Maliyyə Əməliyyatlarının İdarə Edilməsi və Sənədləşmə:
Gəlir və xərc əməliyyatlarının qeydiyyatı;
Kassa və bank əməliyyatlarının aparılması;
Debitor
və kreditor borclarının uçotu;
Mal-material hərəkətinin və anbar
əməliyyatlarının uçotu;
Əmək haqqı və ezamiyyə
əməliyyatlarının uçota alınması;
Vergi sənədlərinin hazırlanması və
təqdimatı;
Mühasibat proqramlarında (1C və digər ERP sistemləri)
əməliyyatların icrası;
Vergi Uçotu və Hesabatlılıq:
Vergi qanunvericiliyinin əsasları;
Vergi
bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
ƏDV, sadələşdirilmiş
vergi və digər vergi növləri üzrə əməliyyatlar;
Elektron vergi xidmətləri
ilə işləmə qaydaları
Maliyyə Hesabatları və Analitik Bacarıqlar^
Maliyyə hesabatlarının hazırlanması prinsipləri;
Mənfəət və zərər hesabatının tərtibi;
Balans
hesabatının hazırlanması və təhlili;
Bu Proqram Sizə Nələri Qazandıracaq?
Peşə Hazırlığı proqramı tam ödənişsizdir.
Peşə Hazırlığı proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd
veriləcək.
Peşə Hazırlığı proqramı 3 ay davam
edəcək.
Peşə Hazırlığı proqramı hər gün 4 saat
və həftədə 5 dəfə olmaqla, ümumilikdə 264 saat olacaq.
3 aylıq Peşə Hazırlığı proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş
ilə təmin olunacaq.
Praktiki
Yanaşma – Mühasibat və əməliyyat işləri real nümunələr üzərindən öyrədilir.
Mentor Dəstəyi – Təcrübəli mühasiblərdən fərdi rəhbərlik və
dəstək.
İş Bacarıqlarının İnkişafı – Müxtəlif mühasibat
proqramları və əməliyyatların idarə olunması.
Karyera Dəstəyi
– Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar
dəstək.
Sertifikat – Proqramı tamamlayanlara təcrübə
sertifikatı təqdim olunur.
Coffee break –Enerji toplamaq
və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.
Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura
bilərsiniz:
https://forms.gle/LtwcgGWRyvSm8LGu9
Ünvan:Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.
Veb sayt:www.visionacademy.az
Əlaqə nömrəsi: 010 7253232
Sosial Media Hesablar:
https://instagram.com/vision.karyera
https://instagram.com/visionacademyaz
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
