Vakansiya haqqında
İşəgötürən: "Baku Hotel Company" QSC
Struktur bölmə: İdman şöbəsi/Əməliyyat bölməsi
İş haqda məlumat:
İş rejimi: Gecə növbəsi, həftədə 5 iş günü;
İstirahət günləri: Həftədə 2 gün, dəyişkən qrafik əsasında;
İş saatları: 22:00–07:00
Əmək haqqı: 600 AZN (net)
+ gecə növbəsinə görə əlavə ödəniş.
Qidalanma: Şirkət tərəfindən təmin
edilir;
Tibbi sığorta: Könüllü tibbi sığorta ilə
təminat;
Vəzifə tələbləri:
Cins: Kişi namizədlərə üstünlük verilir;
Yaş: 20–40 yaş;
Dil bilikləri: Azərbaycan
dili;
İş təcrübəsi: Müvafiq sahədə minimum 6 ay iş təcrübəsi
arzuolunandır;
Təmizlik avadanlıqları və vasitələrindən düzgün istifadə
qaydalarını bilmək;
Təmizlik məhsullarını tanımaq və onların təyinatına
uyğun tətbiqini bilmək;
Sanitariya-gigiyena və təhlükəsizlik qaydaları
haqqında ilkin biliklərə malik olmaq;
Məsuliyyətli, intizamlı, səliqəli
və komandada işləmək bacarığına malik olmaq;
Gecə növbəsində işləməyə
hazır olmaq.
Vəzifə öhdəlikləri:
"Gecə növbəsi ərzində klubun ümumi istifadə sahələrinin təmizliyini və səliqəsini
təmin etmək;
Klubun zal, dəhliz, soyunub-geyinmə otaqları, sanitar
qovşaqlar və digər ümumi istifadə sahələrində gündəlik təmizlik işlərini həyata keçirmək;
Təmizlik avadanlıqlarından və kimyəvi təmizləyici vasitələrdən təyinatına və istifadə
qaydalarına uyğun istifadə etmək;
Tullantıların toplanmasını,
çeşidlənməsini və müəyyən edilmiş qaydada kənarlaşdırılmasını təmin etmək;
Təmizlik işləri zamanı sanitariya-gigiyena və əməyin mühafizəsi qaydalarına riayət
etmək;
Təmizlik avadanlıqlarının saz vəziyyətdə saxlanılmasına nəzarət
etmək və aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;
Klubun bütün müvafiq sahələrini növbəti iş gününə təmiz, səliqəli və istifadəyə hazır
vəziyyətə gətirmək;
Birbaşa rəhbərin təmizlik və sanitariya ilə bağlı
digər tapşırıqlarını yerinə yetirmək.
Müraciət etmək istəyən namizədlər mövzu hissəsində "İdman şöbəsi/Əməliyyat bölməsi" qeyd
etməklə CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə
saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
