Vakansiya haqqında
“Nur Collection” MMC “Maliyyə və mühasibatlıq şöbəsinin
rəhbəri” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti
5 günlük iş qrafiki
Nahar şirkət
tərəfindən təmin olunur
Ünvan: Bakı-Sumqayıt yolunun üstü
Ümumi Məlumat:
Maliyyə rəhbəri şirkətin maliyyə strategiyasının hazırlanmasına, icrasına və maliyyə
dayanıqlığının təmin olunmasına cavabdehdir. Şirkətin maliyyə və vergi siyasətinin formalaşdırılması, maliyyə
hesabatlarının düzgünlüyünün və şəffaflığının təmin edilməsi əsas vəzifələrdəndir.
Əsas Vəzifələr:
Müəssisənin gündəlik maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün
əks etdirilməsini təmin etmək;
Vergi, DSMF, statistika və digər dövlət
qurumlarına təqdim olunan hesabatların hazırlanması və vaxtında təqdim edilməsi;
ƏDV, ÖMV, mənfəət vergisi və digər vergi bəyannamələrinin hazırlanması;
Kassa əməliyyatlarının uçotunun təşkili;
1C
proqramında əməliyyatların düzgün müxabirləşdirilməsinə nəzarət;
Mühasibat uçotu proseslərinin qanunvericiliyə və daxili prosedurlara uyğun aparılmasını təmin
etmək;
Şirkətin aylıq, rüblük və illik maliyyə hesabatlarının
hazırlanması – Mənfəət və Zərər, Nağd vəsaitlərin (pulun) hərəkəti və Balans və kapitalda dəyişikliklər kimi başlıca
hesabatların hazırlanması, nəticələrin təhlil olunması və rəhbərliyə təqdim edilməsi;
Hesabatların Azərbaycan Respublikasının vergi qanunvericiliyinə və BMHS (IFRS) tələblərinə
uyğunluğunun təmin edilməsi;
Maliyyə (mühasibat) şöbəsinin fəaliyyətini
və əməkdaşların işini koordinasiya etmək, onlara nəzarəti həyata keçirmək və komandanın fəaliyyətini inkişaf
etdirmək;
Şirkətin maliyyə strategiyasının müəyyənləşdirilməsi və
icrasına nəzarət edilməsi;
Şirkətin ümumi maliyyə strategiyasının
hazırlanması və tətbiqi.
Büdcənin tərtib edilməsi və icrasına
nəzarət.
Maliyyə axınlarının idarə olunması və pul vəsaitlərinin düzgün
yönləndirilməsi.
Gəlir və xərclərin təhlili, qənaət imkanlarının müəyyən
edilməsi.
Maliyyə risklərinin təhlili və risklərin idarə olunması
tədbirlərinin görülməsi.
Banklarla və digər maliyyə qurumları ilə
əməkdaşlığın təşkili.
Audit və yoxlama proseslərində iştirak və
koordinasiya.
ERP və maliyyə proqram təminatlarının tətbiqinə
nəzarət.
Namizədə tələblər:
Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat ixtisası üzrə ali təhsil (magistr dərəcəsi
üstünlükdür);
Maliyyə və mühasibatlıq sahəsində ən azı 3-5 il
rəhbər vəzifədə (maliyyə direktoru və ya baş mühasib) iş təcrübəsi;
Maliyyə-təsərrüfat əməliyyatlarının bütün istiqamətləri üzrə praktiki bilik və
təcrübə;
Vergi Məcəlləsi, əmək və mühasibat uçotu üzrə qüvvədə olan
qanunvericiliyi dərindən bilmək;
Maliyyə Hesabatlarının Beynəlxalq
Standartları (IFRS) üzrə bilik (müvafiq sertifikat üstünlükdür);
Peşəkar
Mühasib sertifikatına malik olmaq;
MS Office, 1C, BTP və EFP
proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
ERP sistemlərinin
mühasibatlıq və maliyyə modulları ilə işləmək təcrübəsi;
Analitik
düşünmə, liderlik, yüksək məsuliyyət və qərarvermə bacarığı.
İstehsalat
sahəsində təcrübəsinin olması üstünlükdür
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu
hissəsində vəzifə adını “Maliyyə və mühasibatlıq şöbəsinin
rəhbəri” qeyd etməklə,Müraciət etdüyməsində qeyd
olunan elektron ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
