Vakansiya haqqında
Goldex Satış meneceri-operator vakansiyasını elan edir.
Sizə məlumat vermək istərdik ki, Goldex komandasının böyük bir hissəsini istedadlı
gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla
gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Vəzifə öhdəlikləri
Kredit təşkilatlarına müraciətlərin yönləndirilməsi
Müştərilərdən nağd və nağdsız ödənişlərin qəbul edilməsi
Kassa aparatının, POS-terminalın və müvafiq proqram təminatının düzgün
istifadəsi
Günlük kassa əməliyyatlarının uçotu və gün sonu kassa
hesabatlarının hazırlanması
Kassa üzrə daxilolma və çıxarılmaların
düzgünlüyünə nəzarət
Aşkar edilmiş uyğunsuzluqlar barədə dərhal
rəhbərliyə məlumat verilməsi
Müştərilərə nəzakətli və operativ xidmətin
göstərilməsi
Daxili qaydalara, maliyyə intizamına və məxfilik tələblərinə
riayət edilməsi
Tələblər
Komanda ilə işləmə bacarığı
Səlis nitq,
məsuliyyətlilik
Riyazi hesablamalarda dəqiqlik
MS Office proqramlarında işləmə bacarığı (1C proqramın bilmək üstünlükdü)
Xanım namizədlərə üstünlük veriləcək
Əlavə məlumat
6 günlük iş qrafiki: 10:00 – 18:00
Əmək
haqqı: 600-800 AZN
Ünvan: Şərq Bazarı
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Satış meneceri-operator” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə
saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
