Vakansiya haqqında
Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq.
Vəzifə öhdəlikləri:
Satış və bazar araşdırmasından gələn təxmini plan çərçivəsində həftəlik, aylıq və ya
illik olmaqla material planlamasının hazırlanması;
Planlamaya daxil olan
təxmini sifarişlərə görə daxili və xarici bazardan satınalma yolu ilə alınacaq materialları müəyyən edərək bağlı
olduğu rəhbərə bildirilməsi;
Xammal və materialların vaxtında təmin
edilərək istehsala daxil olmasının izlənməsi;
İstehsal planlarına uyğun
iş qrafiklərinin hazırlanması və icrasına nəzarət edilməsi;
İstehsal
planından yayınmaların və gecikmələrin izlənməsi, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin
təmin edilməsi;
Gecikmələrin səbəblərinin müəyyən edilməsi və aradan
qaldırılması ilə bağlı birbaşa rəhbərlə müzakirələrin aparılması;
Hazır
məhsul, xammal və material qalıqlarına nəzarət edilməsi və ehtiyacların müəyyənləşdirilməsi;
İstehsal prosesinin gündəlik izlənməsi və təsdiq edilmiş planların icrasına nəzarət
edilməsi;
Planlama üzrə analitik hesablamaların aparılması və digər
struktur bölmələrindən daxil olan sorğuların cavablandırılması;
Rəhbərlik
tərəfindən verilən vəzifə səlahiyyətləri çərçivəsində digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər:
Ali təhsil;
İş təcrübəsi mebel sahəsi
üzrə 2 ildən artıq ;
Tapşırıqların prioritetləşdirilməsi
bacarığı;
Vaxt idarəetməsi və operativlik bacarığı;
Material çatışmazlıqları üzrə risk analizi etmə bacarığı;
Layihə dəyişikliklərinə çevik reaksiya verə bilmə bacarığı;
Stressə davamlılıq;
Analitik və təhliletmə
bacarığı;
Komandada işləmək bacarığı
İş şəraiti:
İş yeri: Binəqədi şossesi 53;
İş qrafiki:
5 günlük (09:00 - 18:00)
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə
saxlanılacaq.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
