Vakansiya haqqında
Təsvir
Hesab və ödəniş xidmətləri məhsulları üzrə satışın həyata keçirilməsi, gəlirlərinin
artırılmasında və təyin edilmiş satış hədəflərinə çatmağa nail olunmasında müştəri menecerlərinə satışla əlaqəli
dəstəyin göstərilməsi;
Mütəmadi olaraq məhsulların gəlirliliyinin təhlil
edilməsi, xərclərin optimallaşdırılması və mümkün qədər azaldılmasının təmin edilməsi, məhsul dövriyyəsinin
gözlənilən həcmdə olmasına dəstək göstərməsi;
Hesab və ödəniş xidmətləri
məhsulları ilə bağlı problemlərin mütəmadi və proaktiv formada köklü həllinə yönəlməsi, araşdıraraq onlardan çıxan
nəticələrə görə məhsulların optimallaşdırılması, yeni məhsul inkişaf təşəbbüslərinin irəli
sürülməsi;
“Hesab və ödəniş xidmətləri” məhsul xidmətlərinin davamlı
inkişaf etdirilməsi üçün yerli bazara xas və beynəlxalq təcrübənin nəzərdən keçirilməsi, inkişaf üçün istiqamətlərin
göstərilməsi;
Nağd vəsaitlərin idarə edilməsini, korporativ məhsul
xətlərinin formalaşdırılması və dəstəklənməsi;
Məhsulun xüsusiyyətləri
haqqında bilik və təcrübənin komanda daxilində bölüşülməsi;
Potensial
məhsul inkişafı üzrə biznes modelinin yaradılması, Yeni məhsulların hazırlanması və idarə
edilməsi;
Məhsulun inkişafı tələb olunan təqdirdə aidiyyəti bölmələr ilə
tələb olunan texniki sənədlərin hazırlanması və testlərin həyata keçirilməsinin təmin edilməsi;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Tələblər
Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və İqtisadiyyat üzrə;
İş təcrübəsi (il və/və ya sahə olaraq): 1-3;
Dil
bilikləri: İngilis, Rus;
Kompüter bilikləri: Microsoft
Office;
Digər bazar üzrə biliklər: Bank məhsulları.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
