Vakansiya haqqında
Profitline Consulting şirkəti müştəri
müəssisələrinə vergi və mühasibat uçotu xidmətlərinin göstərilməsi məqsədilə peşəkar Vergi mütəxəssisi
axtarır.
Vəzifə
öhdəlikləri:
Müştəri şirkətlərinin vergi uçotunun
qurulmasına dəstək göstərilməsi və uçot prosesinə nəzarət;
Vergi, DSMF, statistika və digər hesabat və bəyannamələrin hazırlanaraq vaxtında
təqdim edilməsi;
Mənfəət
vergisi, ƏDV, ödəmə mənbəyində tutulan vergi, sadələşdirilmiş vergi, əmlak və torpaq vergisi üzrə hesablamaların
aparılması;
Vergi
orqanlarından daxil olan məktub, bildiriş, uyğunsuzluq və kameral yoxlama sənədlərinin
izlənilməsi;
Daxil olan
sorğu və bildirişlərə əsaslandırılmış cavabların hazırlanması və vaxtında təqdim
edilməsi;
Müştərilərin
şəxsi hesab vərəqələrinin, vergi borclarının, artıq ödəmələrinin və ƏDV depozit hesablarının
yoxlanılması;
Mühasibat
uçotu ilə vergi uçotu arasındakı fərqlərin müəyyən edilməsi və aradan qaldırılmasına
dəstək;
Vergi ödənişlərinin
düzgün hesablanmasına və vaxtında həyata keçirilməsinə nəzarət;
Müqavilələrin və təsərrüfat əməliyyatlarının vergi
riskləri baxımından təhlili;
Vergi yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və prosesdə
iştirak;
Müştərilərə vergi
məsələləri üzrə peşəkar məsləhətlərin verilməsi;
Vergi qanunvericiliyindəki dəyişikliklərin izlənilməsi və müştərilərin
məlumatlandırılması;
Aşkar
edilmiş vergi riskləri və uyğunsuzluqlar üzrə hesabat və təkliflərin hazırlanması;
Vergi orqanları ilə yazışmaların və zəruri hallarda
görüşlərin həyata keçirilməsi.
Namizədə
tələblər:
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya
müvafiq istiqamət üzrə ali təhsil;
Vergi və ya mühasibatlıq sahəsində minimum 3 il iş
təcrübəsi;
Konsaltinq və ya
autsorsinq şirkətində iş təcrübəsi üstünlükdür;
Müxtəlif fəaliyyət sahələri üzrə bir neçə şirkətin vergi uçotunu paralel idarə
etmək bacarığı;
Azərbaycan
Respublikasının Vergi Məcəlləsini və müvafiq qanunvericiliyi yüksək səviyyədə bilmək;
Vergi bəyannamələrinin müstəqil hazırlanması və təqdim
edilməsi üzrə praktiki təcrübə;
Elektron Vergi İnformasiya Sistemi və digər dövlət portalları ilə işləmək
bacarığı;
1C proqramını və
MS Excel-i yaxşı səviyyədə bilmək;
Rəsmi məktub və əsaslandırılmış cavablar hazırlamaq
bacarığı;
Güclü analitik
düşüncə, dəqiqlik və məsuliyyət;
Müştərilərlə peşəkar ünsiyyət və komanda ilə işləmək
bacarığı.
İş şəraiti:
Əmək haqqı: 1700–2 500 AZN;
Əmək haqqı
namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək;
Rüblük əlavə
Bonus sistemi(KPİ)
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
rəsmiləşdirmə;
Peşəkar inkişaf və müxtəlif sahələr üzrə layihələrdə
iştirak imkanı;
Stabil və korporativ iş mühiti;
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Vergi mütəxəssisi” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
