Vakansiya haqqında
İş yeri: Kəlbəcər və Daşkəsən,
Azərbaycan
Mədənçıxarma sahəsində fəaliyyət göstərən şirkət
ağır texnika və nəqliyyat vasitələrinin idarə olunması, texniki vəziyyətinə nəzarət və texniki xidmət proseslərinin
təşkili üzrə təcrübəli Nəqliyyat şöbəsinin
rəhbəriniaxtarır.
Əsas vəzifə
öhdəlikləri:
Ağır texnika və nəqliyyat vasitələrinin
gündəlik fəaliyyətini idarə etmək və iş prosesinə nəzarət etmək.
Buldozerlər, ekskavatorlar, yükləyicilər,
avtoqreyderlər, özüboşaldan yük maşınları və digər xüsusi texnikanın istismarına nəzarət
etmək.
Texnikanın texniki
vəziyyətini mütəmadi yoxlamaq və nasazlıqların vaxtında aradan qaldırılmasını təmin
etmək.
Planlı texniki
xidmət və təmir işlərini təşkil etmək və koordinasiya etmək.
Mexaniklər, sürücülər və texnika operatorlarının fəaliyyətini
əlaqələndirmək.
Yanacaq
sərfiyyatına, texnikanın istifadəsinə və dayanma müddətinə nəzarət etmək.
Ehtiyat hissələrinin, təkərlərin və digər texniki
materialların istifadəsini izləmək.
Təmir işlərinin keyfiyyətinə və texniki xidmət qrafiklərinə riayət olunmasına
nəzarət etmək.
Texniki
xidmət və təmir xərcləri ilə bağlı hesabatlar hazırlamaq.
Texniki təhlükəsizlik və HSE tələblərinə riayət olunmasını təmin
etmək.
Nəqliyyat və texnika
ilə bağlı sənədləşmə işlərini aparmaq.
Tələblər:
Müvafiq sahə üzrə ali və ya texniki
təhsil.
Nəqliyyat,
mexanika, ağır texnika və ya mədənçıxarma sahəsində minimum 5 il iş təcrübəsi.
Nəqliyyat və ya texniki xidmət istiqamətində rəhbər
vəzifədə təcrübə.
Buldozerlər, ekskavatorlar, yükləyicilər, avtoqreyderlər və digər ağır texnika ilə
iş təcrübəsi.
Mexanika,
texniki diaqnostika, təmir və texniki xidmət prosesləri üzrə biliklər.
Sürücülər, operatorlar və texniki heyətlə işləmək
bacarığı.
Təşkilatçılıq,
koordinasiya və problem həll etmə bacarıqları.
MS Office bilikləri.
İngilis və rus dillərini bilmək üstünlükdür.
Maraqlanan namizədlərdən
CV-ləriniMüraciət
etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
