Vakansiya haqqında
İş şəraiti
İşəgötürən: PulsMed MMC
İş yeri: Bakı, Yasamal rayonu
İş rejimi: 6 günlük (09:00–18:00)
Əmək haqqı: 700 Azn
Vəzifə öhdəlikləri
Şirkət tərəfindən təhkim olunmuş minik avtomobilini idarə
etmək;
Rəhbərliyin gündəlik iş cədvəlinə və tapşırıqlarına əsasən
ünvanlara vaxtında çatmanı təşkil etmək;
Səfərlər zamanı punktuallığa,
etik davraniş qaydalarına və mütləq konfidensiallığa (məxfiliyə) riayət etmək;
Gündəlik marşrutu planlamaq, GPS/naviqasiya tətbiqlərindən istifadə edərək optimal yolu
seçmək;
Yol hərəkəti və təhlükəsizlik qaydalarına tam riayət etmək,
təhlükəsiz sürücülük prinsiplərinə əməl etmək;
Avtomobili təmiz və
səliqəli saxlamaq və həmçinin avtomobilin texniki vəziyyətinə gündəlik nəzarət etmək (yağ, soyuducu, təkər təzyiqi,
işıqlar və s.);
Planlı texniki baxış və servis işlərinin vaxtında
keçirilməsi üçün mütəmadiyyən avtomobili yoxlatdırmaq və zəruri işləri gördürmək;
Yanacaq çekləri, yol vərəqələri və marşrut hesabatlarını düzgün və dəqiq
aparmaq;
Fövqəladə və insident hallarında operativ reaksiya vermək və
rəhbərliyə dərhal məlumat vermək;
Rəhbərlik tərəfindən verilən digər
tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.
Tələblər
Yaş həddi:30 - 45
İş
təcrübəsi: 1 ildən 3 ilə qədər şəhərdaxili (Bakı) sürücülük təcrübəsi;
Sürücülük vəsiqəsi: ən azı B kateqoriya; C kateqoriya olanlara üstünlük
verilir;
Bakı şəhərinin küçə və rayonlarını yaxşı tanımaq, marşrut
seçimini çevik etmək bacarığı;
Yol hərəkəti qaydalarını yüksək səviyyədə
bilmək və intizamla əməl etmək;
Təmkinli, məsuliyyətli, diqqətli və
etibarlı olmaq;
Təmiz sürücülük tarixçəsi (ciddi pozuntular və cəza
balları olmamalıdır);
Avtomobilin ilkin nasazlıqlarını ayırd etmək və
zəruri hallarda təhlükəsiz müdaxilə etmək bacarığı;
Smartfon və
naviqasiya tətbiqlərindən, həmçinin əsas ofis tətbiqlərindən (məs., WhatsApp, e-mail) istifadə
bacarığı;
Azərbaycan dili sərbəst; Rus və/ya İngilis dili bilikləri
üstünlükdür.
Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz şəkilli CV-ləriniMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına mövzu hissəsində “Şəxsi Sürücü”yazaraq göndərmələri xahiş
olunur.
Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan müraciətlərə baxılmayacaq. CV
müraciəti zamanı elanda qeyd edilən əməkhaqqının və iş saatlarının sizin gözləntilərinizə uyğunluğundan əmin
olmağınız xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
