Vakansiya haqqında
Ineo Group Azərbaycanda Jacadi Paris, Yves Rocher və Mayoral kimi Avropa brendlərinin
rəsmi və eksklüziv nümayəndəsidir.
Hazırda şirkətimizdə 1C sisteminin effektiv idarə olunması, uçot və əməliyyat
proseslərinin düzgün qurulması, məlumatların dəqiqliyinin təmin edilməsi və sistem üzrə yaranan problemlərin
operativ həlli üçün 1C operatorvəzifəsi üzrə namizəd axtarırıq.
Əsas vəzifələr:
Helpdesk dəstəyi — mağaza işçilərinin texniki müraciətlərini qəbul
edib həll etmək; satış, transfer və sənəd problemlərini operativ aradan qaldırmaq
1C sistem idarəetməsi — nomenklatura yaratmaq/korreksiya etmək,
alış/pərakəndə qiymətlər ilə işləmək, aksiyalar qurmaq, inventarizasiyanı faktiki stoka
uyğunlaşdırmaq
Sənəd əməliyyatları — sifariş, gəliş,
invoys, sənəd yenidənkeçirmə (перепроведение); komplektləşdirmə və dekomplektləşdirmə ilə
işləmək
İstifadəçi idarəetməsi — yeni istifadəçi
yaratmaq, rol və hüquqları paylamaq, parametrləri konfiqurasiya etmək; məlumat müdafiəsini (hüquqlar, xarici
müdaxilənin kontrolu) təmin etmək
Loyallıq kartı
proqramı — kart proqramını idarə etmək, problemləri həll etmək, sistemin funksionallığını inkişaf
etdirmək
Hesabat və analitika — universal hesabat
qurmaq, hesabat formalarını konfiqurasiya etmək, analitik baxışlar hazırlamaq, icra edilmiş işlər üzrə hesabat
təqdim etmək
Test və inkişaf — yeni funksionalı test
etmək, xətaları aşkar edib düzəltmək, istifadəçilər üçün təlimat hazırlamaq və konsultasiya
keçirmək
Namizəd üçün tələblər
Təcrübə: texniki dəstək, IT helpdesk və ya sistem administratoru
sahəsində ən azı 1 il iş təcrübəsi
1C bilikləri:
1C:Pərakəndə, 1C:Mühasibat platformasını bilmək; nomenklatura, qiymətlər, istifadəçi hüquqları, inventarizasiya ilə
iş bacarığı
Excel: orta-yüksək səviyyə — pivot cədvəl,
VLOOKUP/XLOOKUP, filtr, hesabat hazırlamaq
Texniki
düşüncə: problemi addım-addım analiz etmək, kök səbəbini tapmaq, sistematik həll tətbiq etmək
bacarığı
Kommunikasiya:Azərbaycan və Rus dillərini
sərbəst bilmək; texniki məsələləri sadə dillə izah etmək bacarığı
Stressə davamlılıq: çoxlu müraciəti eyni vaxtda idarə etmək,
prioritetləşdirmək, operativ cavab vermək
Üstünlük
sayılır: retail/pərakəndə sahəsindəki iş təcrübəsi, texniki tapşırıq (TZ) yazma bacarığı, İngilis
dili
Biz nə təklif edirik
Stabil və inkişaf etməkdə olan şirkətdə çalışma imkanı
Beynəlxalq brendlərlə iş təcrübəsi
Karyera
inkişafı və öyrənmə imkanları
1C və retail prosesləri üzrə praktiki
inkişaf imkanı
Dinamik və maraqlı iş mühiti
Yeni ideya və təşəbbüslərə açıq idarəetmə yanaşması
İş şəraiti
İş qrafiki: 6/1, növbəli iş qrafiki, 09:00-dan 16:00-dək, 16:00-dan
22:00-dək
Əmək haqqı:600 AZN.
Maraqlanan namizədlərdən mövzu sətrində “1C operator” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına CV göndərmələri tələb olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
