Vakansiya haqqında
Şirkətimiz satış proseslərinin səmərəli təşkili və inkişafı məqsədilə komandasına
Satış üzrə mütəxəssis axtarır.
Əsas vəzifə öhdəlikləri:
Süd və ət məhsullarının satış prosesinin təşkili və
koordinasiyası;
Süd maşınlarının qəbulu, yüklənməsi və çəki ölçmələrinə
nəzarət;
Məhsulların təhvil-təslim aktlarının və digər müvafiq sənədlərin
hazırlanması;
Gündəlik satış məlumatlarının qeydiyyatının
aparılması;
Satış hesabatlarının hazırlanması və sənədləşmə işlərinin
həyata keçirilməsi;
Yeni müştərilərin cəlb edilməsi, məhsulların
təqdimatı və satış imkanlarının genişləndirilməsi.
Namizədə tələblər:
Ali təhsil;
MS Office proqramları,
xüsusilə Excel üzrə biliklər;
Sənədləşmə və hesabatların hazırlanması
bacarığı;
Dəqiqlik, məsuliyyətlilik və operativlik;
Güclü kommunikasiya və ünsiyyət bacarıqları;
Komandada işləmək və iş proseslərini koordinasiya etmək bacarığı;
Satış sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
İş şəraiti:
İş qrafiki: süd və ət satışının xüsusiyyətlərinə uyğun növbəli iş
rejimi;
Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir;
İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış üzrə
mütəxəssis” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
