Vakansiya haqqında
Kani Dəri Klinikası komandamıza kreativ düşüncəli, təşəbbüskar, analitik
təfəkkürə malik və marketinq sahəsində təcrübəli Marketinq Meneceri axtarırıq!
Əsas vəzifə öhdəlikləri
Marketinq strategiyasının hazırlanması və idarə edilməsi
Şirkətin marketinq strategiyasının, illik və aylıq marketinq planlarının
hazırlanması və icrasının təmin edilməsi;
Marketinq büdcəsinin
planlaşdırılması, bölüşdürülməsi və səmərəliliyinə nəzarət edilməsi;
Brendin tanınmasının artırılması və şirkətin müsbət imicinin
formalaşdırılması;
Bazarın, rəqiblərin və ehtiyacların
araşdırılması;
Kontentin hazırlanması və çəkilişlərin təşkili (Content
Production)
Reels, TikTok, YouTube və reklam çarxları üçün kreativ ideyaların hazırlanması və
ssenarilərin yazılması;
Foto və video çəkilişlərinin planlaşdırılması və
təşkili;
Çəkiliş məkanlarının, çəkiliş üçün gərəkli ləvazimatların,
modellərin və ya aktyorların seçilməsi;
Çəkiliş prosesinin koordinasiyası
və yaradıcı istiqamətləndirilməsi;
Video materialların montajı, rəng
korreksiyası, mətn və musiqinin uyğunlaşdırılması;
Sosial media
platformaları üçün cəlbedici, keyfiyyətli və auditoriyaya uyğun vizual və yazılı kontentin
hazırlanması;
Reklam materiallarının və vizual kontentin brendin üslubuna
uyğunluğuna nəzarət edilməsi.
Rəqəmsal marketinq və reklam kampaniyalarının idarə edilməsi
Facebook, Instagram, TikTok, Google və digər rəqəmsal platformalarda marketinq
fəaliyyətlərinin idarə olunması;
Meta Ads, TikTok Ads və Google Ads
vasitəsilə reklam kampaniyalarının planlaşdırılması, işə salınması, monitorinqi və
optimallaşdırılması;
Reklam kampaniyalarının nəticələrinin təhlil
edilməsi və effektivliyin artırılması üçün tədbirlərin görülməsi;
Klinikaya müraciət edən potensial pasiyentlərin sayının artırılması və reklam xərclərinin
səmərəliliyinin qiymətləndirilməsi;
Reklam kampaniyalarının nəticələrinin
KPI göstəriciləri əsasında qiymətləndirilməsi;
Kampaniyalar, xüsusi
təkliflər və mövsümi reklam fəaliyyətlərinin planlaşdırılması.
Reklam kanallarının araşdırılması və media planlaşdırılması (Media Planning &
Strategy)
Yeni reklam kanallarının, platformaların və reklam yerləşdirmə imkanlarının
araşdırılması;
Açıq hava reklamları, rəqəmsal bilbordlar, televiziya,
radio, podkastlar, mətbuat və tədbirlər üzrə reklam imkanlarının qiymətləndirilməsi;
Potensial tərəfdaşlar, bloqerlər, influenserlər və media agentlikləri ilə əlaqələrin
qurulması;
Reklam yerləşdirmə şərtlərinin öyrənilməsi, kommersiya
təkliflərinin toplanması və qiymətlərin müqayisə edilməsi;
Reklam
imkanları, qiymətlər, auditoriyanın əhatə dairəsi və gözlənilən nəticələr barədə rəhbərlik üçün təkliflərin və
təqdimatların hazırlanması;
Rəqəmsal, ənənəvi və açıq hava reklam
kanalları arasında büdcənin səmərəli bölüşdürülməsi ilə bağlı təkliflərin verilməsi.
Marketinq analitikası və hesabatlılıq
Marketinq fəaliyyətlərinin effektivliyinin mütəmadi təhlil
edilməsi;
Reklam kampaniyalarının nəticələrinin ROI (investisiyanın
gəlirliliyi), CPA (müştəri cəlbetmə xərci), baxış sayı və potensial müştəri müraciətləri kimi göstəricilər əsasında
qiymətləndirilməsi;
Google Analytics 4 və digər analitik alətlər
vasitəsilə nəticələrin izlənilməsi;
Marketinq büdcəsinin istifadəsi və
kampaniyaların nəticələri barədə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
Marketinq fəaliyyətlərinin təkmilləşdirilməsi üçün yeni ideyaların və təşəbbüslərin irəli
sürülməsi.
Namizədə dair tələblər
Marketinq, menecment, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali
təhsil;
Marketinq sahəsində minimum 2–3 il iş
təcrübəsi;
Rəqəmsal marketinq və reklam platformaları üzrə bilik və
praktiki təcrübə;
Marketinq büdcəsinin idarə edilməsi, reklam
kampaniyalarının planlaşdırılması və nəticələrin təhlili bacarığı;
Bazar
araşdırması aparmaq və rəqabət mühitini qiymətləndirmək bacarığı;
Yazılı
və vizual kontent hazırlamaq, kreativ ideyalar irəli sürmək bacarığı;
CapCut, Adobe Premiere Pro, Adobe Photoshop və ya digər video montaj və dizayn proqramları ilə
işləmək bacarığı;
Foto və video çəkilişlərində kadr, işıq və kompozisiya
prinsiplərini bilmək;
Microsoft Office proqramlarında, xüsusilə Excel-də
sərbəst işləmək bacarığı;
Müasir kommunikasiya vasitələrindən və rəqəmsal
məlumatlardan istifadə bacarığı;
Analitik düşüncə, təşkilatçılıq,
məsuliyyətlilik və təşəbbüskarlıq;
Yüksək ünsiyyət və danışıqlar aparmaq
bacarığı;
Komandada işləmək, vaxtı düzgün idarə etmək və tapşırıqları
vaxtında yerinə yetirmək bacarığı;
Azərbaycan dilində sərbəst danışıq və
yazı bacarığı.
Əlavə üstünlüklər:
Səhiyyə və ya klinika sahəsində iş təcrübəsi;
Google Ads, Meta Ads Manager və TikTok Ads platformaları ilə praktiki iş
təcrübəsi;
Google Analytics 4 və CRM sistemləri ilə işləmək
bacarığı;
B2B və B2C marketinq təcrübəsi;
Rus və ingilis dillərini bilmək;
Video çəkilişi və
montaj üzrə portfolioya sahib olmaq.
Səlahiyyətlər və işin təşkili
Reklam sahələrinin sahibləri, media nümayəndələri, influenserlər və potensial
tərəfdaşlarla ilkin danışıqların aparılması;
Yeni reklam kanalları və
formatları üzrə rəhbərliyə təkliflərin təqdim edilməsi;
Reklam
materiallarının vizual keyfiyyətinə və brend standartlarına uyğunluğuna nəzarət edilməsi;
Reklam kampaniyalarının həyata keçirilməsi üçün tələb olunan büdcənin əsaslandırılması və
rəhbərliyə təqdim edilməsi.
İş şəraiti
İş yeri: Bakı, Azərbaycan
İş qrafiki: Həftədə 5 iş günü
İş saatları: 09:00–18:00
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında
razılaşdırılır.
Vakansiya ilə maraqlanan namizədlərdən şəkilli CV-lərini və portfolio
nümunələrini (hazırladıqları video və reklam işlərini) mövzu hissəsində “Marketinq
Meneceri” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur:
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
