Vakansiya haqqında
Ünvan - Bakı, Azərbaycan / Full-time
Səhiyyə sektorunda fəaliyyət göstərən komandamıza laboratoriya avadanlıqlarının
quraşdırılması, texniki xidməti və tətbiqi dəstəyini həyata keçirəcək, məsuliyyətli və texniki düşüncəyə malik
Biomedikal sahəsi üzrə mühəndis axtarırıq.
Əsas vəzifələr:
Laboratoriya avadanlıqlarının quraşdırılması, sazlanması və texniki xidmətinin
həyata keçirilməsi
Avadanlıqlarda yaranan texniki nasazlıqların aşkar
edilməsi və aradan qaldırılması
Laboratoriya cihazlarının kalibrasiyası
və keyfiyyətə nəzarət proseslərinin həyata keçirilməsi
Tibb
müəssisələrində istifadəçilərə avadanlıqların istismarı üzrə təlimlərin keçirilməsi
Müştərilərə texniki və tətbiqi (Application) dəstəyin göstərilməsi
İstehsalçı şirkətlərlə texniki məsələlər üzrə əlaqələrin qurulması və koordinasiyanın təmin
edilməsi
Namizədə tələblər:
Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili
Laboratoriya avadanlıqları ilə iş təcrübəsi
Mindray
və Beckman Coulter laboratoriya sistemləri üzrə bilik və təcrübəyə üstünlük verilir
İngilis dili biliyi ən azı orta səviyyədə olmalıdır
Texniki problemləri təhlil etmək və həll yolları tapmaq bacarığı
Komandada işləmək və effektiv kommunikasiya qurmaq bacarığı
Ezamiyyətlərə hazır olmaq
Biz təklif edirik:
Dinamik və peşəkar iş mühiti
Peşəkar
inkişaf və karyera imkanları
Rəqabətli əməkhaqqı və bonus
sistemi
Beynəlxalq istehsalçılar və tərəfdaşlarla işləmək
imkanı
CV-ləriniziMüraciət
et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu
hissəsində “Biomedikal sahəsi üzrə mühəndis” qeyd etməklə göndərə bilərsiniz.
Laboratoriya texnologiyalarına marağınız və texniki biliklərinizlə səhiyyə sahəsinə töhfə
vermək istəyirsinizsə, müraciətinizi gözləyirik!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
