Vakansiya haqqında
Peşəkar komandanın bir parçası olmaq və karyera
inkişafınıza yeni istiqamət vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə
öhdəlikləri:
Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericiliyin, normativ hüquqi
aktların və daxili prosedurların tələblərinə riayət olunmasına nəzarət etmək;
İş qəzası, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üzrə qabaqlayıcı
tədbirlər hazırlamaq və icrasını izləmək;
İşçilər üçün əməyin mühafizəsi,
texniki təhlükəsizlik və ilkin təhlükəsizlik təlimatlandırmalarını təşkil etmək, müvafiq qeydiyyat sənədlərini
aparmaq;
İş yerlində fərdi mühafizə vasitələrindən düzgün istifadə
olunmasına və təhlükəsizlik tələblərinə əməl edilməsinə nəzarət etmək;
Müəssisənin struktur bölmələrində təhlükəsizlik vəziyyətinin monitorinqini aparmaq, aşkar
edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün təkliflər hazırlamaq;
Mülki müdafiə üzrə tədbirlərin, müvafiq planların və fövqəladə hallara hazırlıq tədbirlərinin
hazırlanmasında və icrasında iştirak etmək;
Yanğın, qəza, təbii fəlakət
və digər fövqəladə hallar zamanı davranış qaydaları üzrə maarifləndirmə və praktiki təlimlərin təşkilində iştirak
etmək;
Təxliyə planlarının, xəbərdarlıq və operativ məlumatlandırma
tədbirlərinin hazırlanmasına və aktuallığının qorunmasına dəstək göstərmək;
Fövqəladə hallar zamanı istifadə edilən mühafizə vasitələrinin, ilkin yardım ləvazimatlarının
və digər müvafiq avadanlıqların vəziyyətinə nəzarətdə iştirak etmək;
Əməyin mühafizəsi və mülki müdafiə üzrə hesabatları, aktları, jurnalları və digər sənədləri
hazırlamaq və müvafiq qaydada qeydiyyatını aparmaq;
Aidiyyəti dövlət
qurumları və müəssisənin struktur bölmələri ilə müvafiq istiqamətlər üzrə koordinasiyanı təmin
etmək.
Namizədə
tələblər:
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, mülki müdafiə, mühəndislik və ya əlaqəli
sahələr üzrə ali təhsil;
Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəs
(dövlət müəssisələrində iş təcrübəsi üstünlükdür);
ISO 45001 Əməyin
mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi üzrə biliklər;
Əməyin
mühafizəsi, texniki təhlükəsizlik və ya mülki müdafiə üzrə əlavə təlim və sertifikatların olması
üstünlükdür;
Azərbaycan Respublikasının əməyin mühafizəsi, əmək
təhlükəsizliyi, yanğın təhlükəsizliyi və mülki müdafiə sahələrini tənzimləyən normativ hüquqi aktları barədə
biliklər;
Peşə risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və
risklərin azaldılması tədbirlərinin hazırlanması üzrə biliklər;
Təhlükəsizlik təlimatlarının, müvafiq planların, aktların və hesabatların hazırlanması
bacarığı;
Fövqəladə hallara hazırlıq, təxliyə tədbirləri və təhlükəsizlik
təlimlərinin təşkili barədə biliklər;
MS Office proqramları, xüsusilə
Word və Excel üzrə işləmək bacarığı;
Analitik düşünmə, məsuliyyətlilik,
diqqətlilik və operativ qərarvermə bacarığı;
Komandada işləmək, ünsiyyət
qurmaq və əməkdaşlarla effektiv koordinasiya aparmaq bacarığı.
İşrejimi:
5 günlük iş qrafiki
İş saatı
09:00-18:00-dək
Ünvan:N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
CV-lərinizi mövzu hissəsində “Əməyin
mühafizəsi və mülki müdafiə üzrə mühəndis”yazaraqMüraciət etdüyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
