Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Maliyyə mühasibatlıq hesabatlarının tərtibi;
Aylıq, rüblük, illik olmaqla vergi DSMF və statistika hesabatlarının
hazırlanması;
Gündəlik maliyyə - mühasibatlıq işlərinə nəzarət etmək və
səmərəli təkliflər vermək;
İnventarizasiyalar aparmaq , qiymətlilərin
sayımına nəzarət;
Vergi məsələlərin həllində birbaşa iştirak və vergi
hesabatlarının təhlili;
Büdcə-proqnoz işlərinin təşkili, şirkətin maliyyə
hesabatlılıq sisteminin təhlil və təqibi;
Daxili nəzarət və risklərin
idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
Maliyyə uçotunu təşkil etmək, müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat
əməliyyatlarının uçota alınmasını, sənədləşdirilməsini təmin etmək və onlara nəzarət etmək;
Maliyyə hesabatlarının periodik olaraq tərtib edilməsini təmin etmək;
Vergi uçotunu təşkil etmək, optimallaşdırmaq və onlara nəzarət etmək(Kameral yoxlamalara
nəzarət,məktubların yazılması və .s);
Dövlət orqanlarına aylıq, rüblük,
illik hesabatların hazırlanaraq təqdim edilməsini həyata keçirmək;
ERP-də
əməliyyat dövrünün bağlanmasını həyata keçirmək;
Dövriyyə-qalıq
cədvəllərini hesablar üzrə təhlil etmək;
Mühasibat uçotu ilə bağlı
müəssisənin fəaliyyəti üçün digər zəruri işləri aparmaq.
Tələblər:
Ali iqtisadi təhsil;
MS Office və 1C
proqramlarını bilməli;
PMS sertifikatı;
Baş mühasib vəzifəsində minimum
3-5 il iş təcrübəsi;
Mühasibatlıq qanunvericiliyi, Mühasibat uçotunu və
Mühasibat müxabirləşmələrini bilməli;
Vergi və Əmək məcəlləsini
bilməli;
ƏMAS portalında işləmə bacarığı olmalı;
Dil bilikləri: Azərbaycan dili əla, rus dili və ingilis dili
arzuolunandır;
Təhlil, analitik
düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti;
Məlumatların
məxfiliyini qoruyub saxlamaq bacarığı.
İş şərtləri:
İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
Əmək haqqı: 2500-3000 Azn
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz
CV-lərini məktubun mövzu hissəsində “Maliyyə şöbəsinin rəhbərinin müavini -
baş mühasib”qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərmələri
xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
