Vakansiya haqqında
Əsas Vəzifə və Öhdəliklər:
Problem Həlli: L1 komandasından yönləndirilmiş mürəkkəb, sistemli
və təkrarlanan texniki problemlərin dərinləməsinə analiz edilməsi və həll edilməsi;
Log Analizi: Server və tətbiq loglarının oxunması, xətaların izlənilməsi və
problemin kök səbəbinin tapılması;
Verilənlər Bazası ilə
İş: İstifadəçi və ya sistem məlumatlarında yaranan problemləri aradan qaldırmaq üçün SQL sorğularının
yazılması, məlumatların yoxlanılması və bərpası;
API və
İnteqrasiya: Xarici və daxili sistemlər arasındakı API inteqrasiyalarında yaranan problemlərin
araşdırılması (Postman, Brauzer DevTools və s. vasitəsilə);
L3
Komandası ilə Əməkdaşlıq: Proqram kodundakı qüsurların (bugs) müəyyən edilməsi, onların test mühitində
təkrarlanması (reproduksiya) və Developer/DevOps (L3) komandasına ətraflı "Bug Report" şəklində
ötürülməsi;
Biliklər Bazası (Knowledge Base): L1
komandası üçün yeni təlimatların (SOP), FAQ və texniki məqalələrin yazılması;
Kommunikasiya: Kritik insidentlər (P1/P2) zamanı müştərilərlə və ya
tərəfdaşlarla texniki səviyyədə aydın kommunikasiyanın aparılması.
Namizədə Olan Tələblər:
Təhsil: İnformasiya Texnologiyaları, Kompüter Mühəndisliyi, Rabitə
və ya əlaqəli texniki sahələr üzrə ali və ya orta-ixtisas təhsili;
Təcrübə: İT dəstəyi (Helpdesk, L1/L2) və ya Sistem İnzibatçılığı sahəsində
minimum 1 il iş təcrübəsi;
Verilənlər Bazası (SQL): SQL
üzrə inamlı biliklər (SELECT, JOIN, UPDATE, GROUP BY və s. sorğularını sərbəst yaza bilmək);
Web və Şəbəkə: HTTP/HTTPS protokolları, REST API, JSON/XML formatları və
şəbəkə əsasları (DNS, TCP/IP, Ping, Traceroute) haqqında anlayış;
Əməliyyat Sistemləri: Linux (əsas əmr sətri - CLI bilikləri, grep, tail, ssh)
və Windows mühitləri ilə inamlı işləmə bacarığı;
Alətlər: Ticketing sistemlərində (Jira, Zendesk, ServiceNow) və Log analizi
alətlərində (Kibana, Splunk, Graylog və ya sadəcə server logları) iş təcrübəsi;
Dillər: Azərbaycan dilini mükəmməl, İngilis dilini isə texniki
dokumentasiyanı oxuyacaq və qlobal komandalarla yazışacaq səviyyədə (A2/B1+) bilmək;
Şəxsi keyfiyyətlər: Analitik düşüncə, səbrli olmaq, öyrənməyə açıqlıq və
yüksək stresli (kritik xəta) vəziyyətlərdə soyuqqanlılıqla düzgün qərarlar vermək bacarığı.
Arzuolunanlar (Üstünlük Verilənlər):
Skript dilləri (Bash, PowerShell və ya Python) üzrə baza bilikləri
(rutin işləri avtomatlaşdırmaq üçün);
Docker, Git ilə
ilkin tanışlıq;
ITIL/ITSM standartları və
İnsident/Problem (Incident/Problem Management) idarəetməsi haqqında məlumatlılıq.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
